Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətəndaş cəmiyyəti quruculuğunda böyük irəliləyişlər var

Vətəndaş cəmiyyəti quruculuğunda böyük irəliləyişlər var

09.06.2012 [21:55]

ABŞ dövlət katibinin Azərbaycandakı vətəndaş cəmiyyətinin vəziyyətini müsbət qiymətləndirməsi bunu təsdiq edir
Məlum olduğu kimi, Azərbaycana səfəri zamanı ABŞ-ın dövlət katibi Hillari Klinton ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri ilə görüşüb. Xanım Klinton Azərbaycanda güclü vətəndaş cəmiyyətinin olduğunu bildirib, bundan məmnunluğunu ifadə edib. Görüşdə, həmçinin, Azərbaycanın 2011-ci ildə qoşulduğu açıq büdcə üzrə tərəfdaşlığın əldə etdiyi uğurlar müzakirə olunub, ölkədə son illərdə şəffaflıq və hökumət açıqlığı, QHT-lərin rolunun artırılması sahəsində qazanılan nailiyyətlər qeyd olunub. H.Klinton Azərbaycanda elektron hökumətin fəaliyyətə başlaması ilə bağlı aparılan işlərdən məmnun olduğunu bildirib. Dövlət katibi qeyd edib ki, elektron hökumətin qurulması təkcə korrupsiyaya qarşı mübarizə üçün deyil, cəmiyyətin inkişafı üçün də vacibdir. Bütövlükdə, xanım Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından razılığını bildirərək vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif sektorlarda fəaliyyət göstərməsini müsbət qiymətləndirib. Göründüyü kimi, vətəndaş cəmiyyəti quruculuğu yolunda irəliləyən Azərbaycandakı uğurlar demokratiya dəyərlərinə önəm verən ABŞ-ın diqqətindən yayınmır.
Bu uğurlar göstərir ki, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. ölkəmiz demokratik inkişaf yoluna ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindəndir. ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
20 illik müstəqilliyi dövründə bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. ölkəmiz bu istiqamətlərdə görülən işlərin reallaşmasında 90-cı illərdən etibarən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, habelə aparıcı dövlətlərin təcrübəsindən yararlanır. Bu illər ərzində ölüm hökmü və KİV üzərindəki senzuranın ləğvi, bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir.
Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Son zamanlar korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Bu addımların içərisində elektron hökumətin qurulması tədbirləri xüsusilə diqqəti cəlb edir. çünki demokratiya prinsipləri əsasında idarə olunan mütərəqqi cəmiyyətlərdə şəffaflığın və qanunçuluğun maksimal təminatı məqsədilə bir çox dövlət müəssisələrinin aktiv elektron fəaliyyəti təşkil olunur. Elektron hökumət vətəndaşların internet vasitəsilə birbaşa və qısa müddətdə dövlət strukturları ilə əlaqə yaratmasına, adi halda günlərlə vaxt tələb edən qeydiyyat, sənədləşdirmə kimi prosedurları bürokratik əngəllərlə rastlaşmadan bir neçə dəqiqə içərisində yerinə yetirməsinə imkan verir. Son dövrlərdə elektron hökumətin yaradılması ilə bağlı qeyd olunan məsələlərin Azərbaycanda da həyata keçirilməsi vətəndaşların rahatlığını təmin edir.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. 2012-ci ilin dövlət büdcəsində də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 3 milyon 808 min 960 manat vəsaitin ayrılması nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, 2011-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən 2 milyon 766 min 324 manat vəsait ayrılmışdı. 2010-cu ildə bu vəsait 2,8 milyon manat təşkil edib. 2009-cu ildə isə cəmi 2 milyon manat vəsait ayrılmışdı. Göründüyü kimi, QHT-lərə dəstək məqsədilə büdcədən ayrılan vəsait hər il böyük həcmdə artırılır. Bu addım ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin, qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
Qeyd etdiyimiz kimi, ABŞ dövlət katibinin müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşməsi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı müsbət fikirlər səsləndirməsi ölkəmizin bu sahədə həqiqətən də ciddi uğurlar qazanmasından xəbər verir.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 802 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30