“Qış qripi”ndən qurtulduq, amma...
16.04.2024 [11:11]
Dərmanlar niyə əvvəlki kimi effektli deyil?
Yazın gəlişi hər birimizdə xoş əhval-ruhiyyə yaradır. Lakin bu mövsümün özü ilə gətirdiyi problemlər də var. Soyuq qış günlərindən çıxsaq da, bir çox xəstəliklər bitmək bilmir. Belə ki, insanların əksəriyyəti müxtəlif infeksiyalardan, xüsusilə qripdən əziyyət çəkir. Düzdür, yaz aylarındakı fəsil dəyişkənliyi insan orqanizminə təsirsiz ötüşmür. Amma qrip və digər xəstəliklərin uzun müddət davam etməsinin şahidi oluruq.
Mütəxəssislər yazda havaların nisbətən isinməsinə baxmayaraq, bu fəsildə immun sisteminin qayğısına qalmağı tövsiyə edirlər. Çünki fəsildən asılı olmayaraq, orqanizmin müdafiə sistemi - immunitet daim fəaliyyətdədir. İnsan hər an virus, bakteriya, göbələk, bir sözlə, müxtəlif mikrobların hücumuna məruz qalır.
Lakin maraqlı olan bir məqam var. Bu da qəbul edilən dərmanların effektsiz olması ilə bağlıdır. Belə ki, qrip və digər infeksion xəstəlikdən əziyyət çəkən insanların böyük qismi əvvəllər istifadə edib effektini gördüyü bəzi dərmanların daha heç bir təsiri olmadığını, ya da bu təsirlərin çox qısa müddət 1-2 saat davam etdiyini söyləyirlər. Vətəndaşlar əvvəllər istifadə edib effekt gördükləri boğaz, baş ağrısı, hərarət salan dərmanların daha heç bir təsirə malik olmadığını iddia edirlər. Maraqlıdır, preparatların belə olması nə ilə əlaqədardır?
Original və analoji dərman preparatları...
Sualımızı cavablandıran həkim-terapevt Nüşabə Heydərova “Yeni Azərbaycan”a açıqlamasında ölkə bazarında satılan dərmanların əksər hallarda lazımi effekt vermədiyini deyib. Həkimin sözlərinə görə, keyfiyyətli dərmanın tapılması müşkül məsələyə çevrilib, satılan dərmanların əksəriyyəti isə original dərmanların əvəzediciləridir: “Də?manlar 2 hissəyə bölünür-original, yəni ilk icad olunan və onun generikləri, yəni original dərmanla eyni təsirə malik olan analoji preparatlar. Əslində bazarda generiklərin olması normal praktikadır. Lakin generiklərin idxalına icazə yalnız onların original preparatlarla bioloji ekvivalentliyi sübut olunduqda verilə bilər”.
Xəstəliklərdən qorunma yolları...
Həkim yazda virus infeksiyalarından qorunmağın yollarından da danışıb: “Yazda havaların dəyişkən olması immunitetin zəifləməsinə səbəb olur. Bunun da nəticəsində virusların yaratdığı yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına məruz qalırıq. İnfeksiyalardan qorunmaq üçün ilk növbədə sağlam və balanslı şəkildə qidalanmaq, xəstə şəxslərlə təmasda olmamaq lazımdır. İmmunitet sistemini ən çox gücləndirən C və D vitaminləri olduğundan, C vitamin qaynağı olaraq təzə meyvə və tərəvəzlər yemək məsləhətdir. Bədəndəki D vitaminini günəş şüaları ilə artırmaq da vacibdir. İdman və günəş şüalarından faydalanmaq xəstəliklərdən qorunmaq üçün önəmli ünsürlər olduğundan, həftədə ən azı 3 gün yarım saat piyada gəzmək lazımdır. İnfeksiyaların çoxu əl və ağız yolu ilə yoluxduğundan əlləri tez-tez sabunla yumaq, otağın havasını tez-tez dəyişmək vacibdir. Pandemiya zamanı insanlar demək olar ki, qrip olmurdular. Bunun da səbəbi maskadan istifadə etmək, sanitar-gigiyena qaydalarına ciddi əməl etmək idi. Ona görə də xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara əməl etməkdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43

