Bu imtahanlar elektron keçiriləcək...
09.05.2024 [10:56]
Yeni formatın müsbət tərəfləri hansılardır?
Y.SAHİB
Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) yeni imtahan korpusu ilə tanışlıq olub. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələrinə elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulan imtahan korpusu və onun imkanları haqqında məlumat verib. Qeyd olunub ki, binada elektron qaydada keçirilən beynəlxalq imtahanlar, müxtəlif təyinatlı müsahibələr və təlimlər üçün nəzərdə tutulmuş zallar və digər funksional otaqlar mövcuddur.
İmtahan korpusu 7 mərtəbə və zirzəmidən ibarətdir. Binanın zirzəmisində imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası və anbar, 1-ci mərtəbədə xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, əhaliyə psixoloji xidmət göstərilməsi üçün otaqlar və vətəndaşların qəbulu üçün geniş zal var. Bundan başqa, 2-6-cı mərtəbələrdə böyük və kiçik imtahan zalları, 7-ci mərtəbədə konfrans zalı, işçi otaqları və yeməkxana yerləşir.
Beləliklə, imtahan korpusunun fəaliyyətə başlaması müxtəlif sahələrdə aparılan biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır. Bundan sonra daha müasir alətlərdən istifadə etməklə platformanın inkişaf etdirilməsi, o cümlədən multimedia texnologiyalarının, situativ tapşırıqların tətbiqi, yazı işlərinin və danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
Ötən il 7 min insan elektron imtahan verib
DİM sədri yeni imtahan korpusu ilə tanışlıq zamanı media nümayəndələrinə açıqlamasında bildirib ki, DİM-in İmtahan Korpusunda hər gün iki növbə olmaqla 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər: “İndiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilən imtahan olub. O zaman şərait yox idi. Elektron imtahanlarda keçən il 7000 insan iştirak edib”.
M.Abbaszadənin sözlərinə görə, dövlət qulluğu ilə bağlı keçirilən imtahanlar artıq elektronlaşdırma prosesinə cəlb ediləcək: “Eləcə də bu proses işə qəbul olma imtahanlarına da şamil ediləcək. Bu il ərzində kontingenti 2000-dən az olan bütün imtahanlar artıq yeni imtahan korpusunda baş tutacaq. Bu mənada, artıq gələn ilki imtahan cədvəli barədə düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlardakı iştirakçı sayı 10 000-dən az olan imtahanları elektron formatda burada keçirə biləcəyik”.
M.Abbaszadə onu da əlavə edib ki, regional bölmələrlə yanaşı, müxtəlif ali məktəblər və tədris mərkəzləri ilə də əlaqə yaradaraq kütləvi imtahanları elektron formata keçirmək üçün ölkə üzrə bu cür mühit yaradılacaq: “Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən beş gün ərzində bu korpusda həyata keçiriləcək”.
Köçürmə faktorunun qarşısı alınacaq...
İmtahanların elektron formada keçirilməsini “Yeni Azərbaycan”a şərh edən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, elektron formatın bir çox müsbət tərəfləri var: “Elektron imtahanlar zamanı cavablar elan olunur və namizəd birbaşa öz nəticəsini imtahanın yekununda görə bilir, yəni cavablar üçün 1 ay gözləməyə ehtiyac qalmır. Digər üstünlük isə köçürmə faktorunun qarşısı daha çox alına bilir. Bundan əlavə elektron imtahanlarda hələ ki, əsasən 10 min nəfərə qədər iştirakçıların olması nəzərdə tutulur. Bura dövlət quluğuna qəbul imtahanları, eyni zamanda, yüksəliş müsabiqəsinin keçiriləcəyi imtahanlar, həmçinin dövlət qulluğu üzrə bəzi nazirliklər tərəfindən elan olunan müsabiqə imtahanları daxildir”.
İştirakçıların sayı 25-30 minə çatarsa...
E.Əfəndi qeyd edib ki, gələcəkdə bəzi universitetlərlə anlaşma aparıldıqdan sonra müvafiq olaraq auditoriyalar yaradılarsa, o zaman kütləvi imtahanları da elektron qaydada keçirmək olar: “Məsələn, ilk növbədə magistratura pilləsində olan imtahanları bu formatda keçirmək mümkündür. Təbii ki, bu da gələcəkdə ən azı iştirakçıların sayı 25-30 minə çatan zaman mümkün ola bilər. Bundan sonra isə tədricən ali təhsil müəssisələrinə qəbul və blok imtahanlarını da bu qaydada keçirməsi mümkündür”.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

