Gözlənilməzliyə hazır olun!
07.06.2024 [10:51]
Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Qidanın təhlükəsizliyi, keyfiyyətli tərkibi günümüzdə əsas problemlərdən biridir. Məlumdur ki, insana lazım olan 20 amin turşusundan orqanizm yalnız 12-ni sintez edə bilir. Qalanlarını isə zülallarla zəngin qida vasitəsi ilə almalıyıq. Heyvan və bitki mənşəli qidaların tərkibində zülallardan başqa çoxlu bioloji əhəmiyyətli maddələr də var ki, insanlar hələ uzun müddət bundan istifadə edəcəklər. Araşdırmalara görə, məhsul nə qədər təzədirsə, onun keyfiyyəti bir o qədər yüksək olur. Məsələn, süd sağılan an keyfiyyətli hesab edilir. Bir qədər sonra isə onun qaynadılması vacibdir.
Demək olar ki, hər gün qida çeşidliliyi artır. Ancaq bu çeşidlilik bəzi hallarda heç də faydalı qidaların artımına aid deyil. Əksinə, fərqli, bir çox hallarda isə keyfiyyətsiz qidalar istehsal edilir. Bu baxımdan qidaların təhlükəsizliyi üçün vacib olan amillər gözardı edilməməlidir. Çünki qida təhlükələri sərhəd tanımır. Qloballaşma qida tədarükü zəncirlərinin artan qarşılıqlı əlaqəsinə səbəb olub. Beləliklə, qeyri-sağlam qidaların yaratdığı risklər artır və tez bir zamanda yerli problemdən beynəlxalq səviyyəli fövqəladə vəziyyətə qədər yüksələ bilər.
Gözlənilməzliyə hazır olun...
Artıq 6 ildir ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, hər il 600 milyon insan qida ilə ötürülə bilən 200 növ xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə yoluxanlar arasında isə xüsusilə gənclər üstünlük təşkil edir. Təşkilatın məlumatına görə, qida ilə yoluxan xəstəliklər dünyada hər 10 nəfərdən 1-nə təsir edir. Ümumdünya Qida Təhlükəsizliyi Gününün builki devizi “Qida təhlükəsizliyi: gözlənilməzliyə hazır olun” adlanır.
Çarpaz çirklənməyə yol verilməməlidir...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qida təhlükəsizliyi təkcə təhlükəsiz qida istehsalını deyil, həm də təhlükəsiz qida istehlakını əhatə edir: “Təhlükəsiz qidalar qida dəyərini itirməmiş, fiziki, kimyəvi, bioloji cəhətdən təmiz və xarab olmamış qidalar hesab edilir. Bioloji təhlükələr arasında qida təhlükəsizliyi üçün ciddi problemlər yaradan və qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlər isə bakteriyalardır. Buna görə də, hər yerdə, xüsusilə də mətbəxdə çarpaz
çirklənməyə yol verilməməlidir. Qida ilə təmasda olan hər şeyə, o cümlədən kəsmə lövhələrə ciddi diqqət yetirilməlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

