Bir eksperimentin tarixçəsi:meymun niyə insana çevrilmədi?
28.06.2024 [10:41]
Murad Köhnəqala
Elm tarixi qeyri-etik sayılan, tətbiqinə icazə verilməyən eksperimentlərlə, gizli tədqiqatlarla zəngindir. Canlılar üzərində aparılan təcrübələr nə qədər antihumanist görünsə də, təəssüf ki, bəzən elmin irəliləyişi üçün bu qəbildən əməliyyatlar qaçılmaz olur.
Tənqidlərdən və cəzadan çəkinmədən riskli təcrübəyə qərar verən elm adamlarından biri də Uintrop Kelloq idi. Kelloqun əməli ağlasığmaz olub. Bu yazı doğma övladını təcrübə subyekti kimi istifadə edən ata haqqındadır.
Kelloqun əcaib eksperimenti
Uintrop Kelloq Kolumbiya Universitetində psixologiya elmləri üzrə magistr dərəcəsi almışdı. Alim ona böyük şöhrət və professor titulu qazandıracaq yeni dissertasiya mövzusu axtarırdı. Belə bir mövzu isə cəngəllikdə heyvanlarla bərabər böyüyən “Mauqli” uşaqlar idi. Psixoloq öz müşahidələrinə əsasən belə qənaətə gəlmişdi ki, ətraf mühit bu cür uşaqlarda düşüncə tərzini kökündən dəyişərək insanlıq izlərini silir. Yəni inkişaf dövrlərini vəhşi təbiətdə keçirən həmin uşaqlar insan cəmiyyətinə xas öyrənmək və sosiallaşmaq qabiliyyətini itirirlər.
Kelloqun irəli sürdüyü bu iddia onun həmkarları arasında qızğın müzakirələrə səbəb olub. Onların çoxu genetik anormallığı olmayan və ya demensiya ilə doğulmayan insanların heyvanlar aləminin şərtlərinə uyğunlaşmadığı fikrini müdafiə edirdi. Kelloq isə onlarla razılaşmır, bunun əksini sübut etməyə çalışırdı. Lakin öz iddiasını isbatlamaq üçün onun irəli sürdüyü nəzəriyyə yetərli deyildi. Buna görə o, təcrübəyə ehtiyac olduğunu anladı və riskli, qorxunc bir eksperiment həyata keçirməli oldu.
Əlbəttə, eksperiment xatirinə hansısa uşağı cəngəllikdə yaşamağa göndərmək mümkün deyildi. Ona görə Kelloq bunun əksini həyata keçirmək qərarına gəldi. Alim heyvanların içindən bir balanı öz ailəsinin içinə gətirərək ona insani davranışlar aşılamaq fikrinə düşdü. Təcrübənin baş tutması üçün bir antropoid - insanabənzər meymun, daha doğrusu, onun yeni doğulmuş körpəsi lazım idi.
Övladını təcrübə subyekti edən ata
Kelloqun planına görə, “obyekt” yetkin insanların fiziki-psixoloji təsiri altında, adi insan övladı kimi böyüməli idi. Bu işin öhdəsindən alimin özündən və ona bütün işlərində dəstək olan həyat yoldaşı Luelladan daha yaxşı kim gələ bilərdi? Ən əsası, ailədə cütlüyün dünyaya yeni gəlmiş bir körpəsi də böyüyürdü. Kelloqlar ailəsi meymun balası ilə körpə Donaldın birlikdə böyüməsini, onların eyni valideyndən tərbiyə almasını təcrübədən keçirəcəkdilər.
Alim meymunu insana çevirmək kimi bir məqsədinin olmadığını dəfələrlə bildirmişdi. O, sadəcə olaraq, insanlar arasında yaşayan meymunun onların xüsusiyyətlərini mənimsəməyə və heyvani instinktlərini boğmağa qadir olub-olmadığını yoxlamaq istəyirdi.
Uintrop Kelloq və Luellanın ilk vaxtlarda eksperimentin bəzi detalları ilə bağlı fikir ayrılığı yarandı. Ancaq onlar proses boyu tədricən eyni fikirlərə gələ bildilər. Daha sonra yeni bir problem ortaya çıxdı - məlum oldu ki, uyğun meymun növünü tapmaq o qədər də asan deyil.
Onlar hətta oranqutanların məskəni Sumatraya ekspedisiyaya getməyi düşünsələr də, səfər üçün kifayət qədər vəsait toplaya bilməmişdilər. Cütlük sonradan zooloji cəmiyyətlər vasitəsilə bir meymunu “icarəyə götürməyə” çalışdı. Lakin ər-arvadın istəyi hər yerdə rədd edilirdi.
Nəhayət, onlar Yel Universitetində antropoidlərin yetişdirilməsi üzrə eksperimental stansiya vasitəsilə bir dişi şimpanze balası əldə edə bildilər. Cütlük bu layihə üçün Nyu-Yorkun Sosial Elmlər Araşdırma Şurasından lazımi maliyyə vəsaiti də aldı. Beləliklə, qeyri-adi eksperimentin icrasına başlandı. 26 iyun 1931-ci ildə yeddi aylıq şimpanze balası Qua Kelloqlar ailəsinə üzv oldu. Həmin ərəfədə balaca Donald Kelloqun bir yaşı hələ tamam olmamışdı.
Meymunu və insanı tərbiyələndirmək
Kelloqların oğlu balaca şimpanze ilə eyni şəraitdə qardaş-bacı kimi yaşayırdı. Onlar eyni çarpayılarda yatır, eyni yeməkləri yeyir, oxşar paltarlar geyinir, hətta eyni oyunları oynayırdılar. Ana oğlu Donalda göstərdiyi bütün davranışları - yuyundurmaq, tərifləmək, cəzalandırmaq və s. kimi hərəkətləri meymun Quaya da tətbiq edirdi. Uintrop isə oğlunun və şimpanzenin davranışlarını, intellekt göstəricilərini qiymətləndirmək üçün vaxtaşırı sınaqlar keçirirdi.
Körpə qız Qua yeni mühitə tez öyrəşmişdi. O, yumşaq döşəkdə, təmiz çarpayıda sevinclə yuxuya gedirdi. İlk vaxtlar şimpanze özünü çox yaxşı aparırdı - bir çox göstəricilərə görə o, hətta Donalddan da bacarıqlı görünürdü. Qua fiziki cəhətdən Donalddan daha güclü idi, maneələrin üstündən asanca tullanır, qapıları açır, əlində qaşıq və stəkanla dolu suyu rahat tuta bilirdi. Onun əksinə olaraq Donald hər şeyi dağıdır, əlindən salırdı.
Kelloqların müşahidələri nəticəsində aydın oldu ki, Qua insan cəmiyyətinə onların uşağından daha tez uyğunlaşır. Meymun balası artıq öz ehtiyacları barədə öncədən xəbərdarlıq edirdi. 7,5 aylıq olanda meymun “olmaz” sözünün mənasını tam dərk elədi. Müəyyən vaxtdan sonra o, “öpmək” və “yuxarı qalxmağın” nə demək olduğunu dəqiqliyi ilə mənimsədi. Qua sorğulara ən azı yeddi fərqli cavab verirdi, Donald isə həmin vaxtda yalnız iki cavab verməyi bacarırdı.
Meymun insana çevrilmədi, lakin....
Bir neçə ay ərzində Qua inanılmaz nəticələr göstərdi. Alimlər eksperimentlərin baş tutduğuna artıq inanırdılar. Lakin gözlənilmədən hər şey kəskin şəkildə dəyişdi. Meymun və Donald bir yaşına çatdıqdan sonra onların inkişafındakı fərqlər sürətlə hiss edilməyə başladı. Donald ünsiyyət və nitq qabiliyyətinə görə sözün əsl mənasında irəliləyirdi. Onun söz ehtiyatı sürətlə artdığından və inkişaf edən dil sosial bacarıqların əldə edilməsində mühüm rol oynadığından Qua oğlandan geri qalmağa başladı.
Lakin hər şey sürətlə dəyişirdi. Təcrübə başlanandan 9 ay sonra Kelloq eksperimentin nəticələrindən məyus olduğunu boynuna aldı. O, meymun balasının heç vaxt insan kimi danışa bilməyəcəyini anlasa da, onun çıxardığı səslərin bizim nitqimizi daha çox xatırladacağına ümid edirdi. Ancaq hər şey əksinə olmuşdu. Az qala beşikdən meymunla sıx təmasda olan Donald getdikcə “meymun bacısını” təqlid etməyə, onun bəzi hərəkətlərini təkrarlamağa başlayırdı. Uşağın üz ifadələri və hərəkətləri insandan daha çox meymuna bənzəməyə doğru gedərkən təcrübə məcburən dayandırıldı və Qua antropoid yetişdirmə stansiyasına qaytarılası oldu.
Kelloq öz dissertasiyasını tamamlaya bilməsə də, onun bu eksperimenti hələ də ətraf mühitin anadangəlmə instinktlərə təsir mexanizmlərinin öyrənilməsində yenilik hesab olunur. Təbii ki, bu qeyri-adi təcrübə zamanında böyük tənqidlərlə də üzləşib. Bir sıra elm adamı Donaldın sınaq subyekti kimi istifadə edilməsini pisləmiş, digərləri meymunun körpə ikən anasından və ailəsindən ayrılmasına mənfi reaksiya vermişdilər. Qua Kelloqlardan ayrıldıqdan sonra çox yaşamadı. Yaşadığı evi tərk etdikdən bir il sonra o, pnevmoniyadan öldü.
Nəticə: gen və mühitin təsiri eynidir
1933-cü ildə Uintrop və Louella Kelloqlar öz müşahidələrini təfərrüatlı şəkildə əks etdirən “Meymun və uşaq” adlı kitab nəşr etdirdilər. Kitab bütün təcrübənin aşağıdakı əsas nəticəsi ilə yekunlaşır:
“Hər bir fərdin xarakterinin müəyyən edilməsində irsiyyət (genetika) və ətraf mühit birlikdə fəaliyyət göstərir. Ümumilikdə, canlı orqanizmin formalaşması bu iki amilin birgə nəticəsi kimi meydana çıxır. Onlardan biri heç vaxt digəri olmadan fərdi xarakter formalaşdıra bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

