/ / Diaspor Gənclərinin Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb
Diaspor Gənclərinin Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb
06.08.2024 [16:43]
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində növbəti panel müzakirə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunub.
Komitədən AZƏRTAC-a bildirilib ki, panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevin iştirakı ilə keçirilib.
Panelin əsas müzakirə mövzuları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son 4 il ərzində görülmüş işlər” və “İşğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu” olub.
Əvvəlcə düşərgə iştirakçılarına 30 ilə yaxın davam edən işğal müddətində törədilən erməni vandalizmi haqqında məlumat verən çıxışçılar azad olunmuş ərazilərdə reinteqrasiya tədbirləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastrukturun tikintisi, həmin ərazilərimizin iqtisadi potensialını gənclərin diqqətinə çatdırıblar. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi Azərbaycanın 2030-cu ilədək qarşıya qoyulmuş beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib. Həmin Dövlət Proqramı çərçivəsində hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Həmçinin qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bu işlərin daha sürətli şəkildə həyata keçirilməsinə xidmət edir.
Bununla yanaşı, paneldə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə 2021-ci ilin yanvarında yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən söhbət açılıb.
Panel işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib.
Sonda Qarabağda icrası davam edən bərpa-quruculuq işləri ilə bağlı videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

