Ən vacib duyğu üzvümüz...
08.08.2024 [09:43]
Göz xəstəlikləri niyə yaranır?
Yeganə BAYRAMOVA
Görmə qabiliyyətini itirmiş insan sanki qanadı qırılmış quşa bənzəyir. Gözlərimiz informasiya, hiss və emosiyadır. Ətraf mühiti tanımaqda və duymaqda bizə yardımçı olan ən əsas duyğu üzvümüzdür. Gözlərimiz olmasaydı, bizi əhatə edən gözəllikləri, dünyanı tanıya bilməzdik. Ona görə də insan görməsini itirdiyi anda özünü hər şeydən məhrum olmuş kimi hiss edir.
Görmə qabiliyyəti zəif olan insanlar daha ehtiyatla hərəkət edir, hətta bir çox hallarda ətrafdakıların yardımına ehtiyac duyurlar. Oftalmoloqlar isə bu insanları əməliyyat edib, onlara yeni həyat bəxş edirlər.
Yeri gəlmişkən, artıq 20 ildir ki, avqustun 8-i Beynəlxalq Oftalmoloq Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Avqustun 8-də dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinələr və əməliyyatlar həyata keçirirlər.
Göz xəstəlikləri niyə yaranır?
Gözlərimiz daim qayğıya ehtiyacı olan ən həssas orqanlarımızdan biridir. Təbii olaraq gözlərdə müxtəlif genetik və ya ətraf mühitin təsirləri nəticəsində xəstəliklər yarana bilər. Göz xəstəlikləri göz qapaqlarında, göz yaşı kanallarında, gözün ətrafındakı sinir toxumalarında və s. meydana gələn bütün xəstəliklərdir.
Gözlərdə ağırlıq və ağrı hissi, gözə hər hansı bir cismin qaçması hissi, gözlərin tez-tez qaşınması və qızarıqlıq, sulanma, yaşarma, görmə qabiliyyətinin zəifləməsi, görmə sahəsinin daralması, göz qapaqlarında şişlik, gözləri qıyaraq baxmaq və s. kimi hallar göz xəstəliklərinin əlamətidir. Göz xəstəliklərinin yaranmasında ən geniş yayılmış səbəblər bunlardır: Görməyə mane olan az və ya həddindən çox işıqlı yerdə çalışmaq, gözə yad cismin qaçması nəticəsində yaranan narahatlıqlar, diabet xəstəliyinin fəsadları, genetik amillər, gözlərdə quruluq, sinuzit, baş ağrısı, qrip və s. xəstəliklərin əks təsirləri.
Hazırda müasir tibb göz xəstəlikləri ilə yüksək səviyyədə mübarizə aparır. Amma hələ də insanlar gözə aid olmayan digər xəstəliklərin korluq yaradacağını bilmir. Təhlükə heç gözləmədiyiniz yerdən gələ bilər...
19 milyon uşaq əziyyət çəkir...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada görmə funksiyasının pozulmasından əziyyət çəkən 2,2 milyard insan var. Xüsusi olaraq qeyd olunub ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

