Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır

27.12.2024 [14:04]

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar dekabrın 28-dən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır:

• Mineralnıye Vodı

• Soçi

• Volqoqrad

• Ufa

• Samara

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdir.

Təhlükəsizlik səbəbindən Qroznı və Mahaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31