Ağdərəyə ikinci köç!
07.03.2025 [08:15]
Həsənriz sakinlərinin sayı 166 oldu...
İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra keçmiş köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağı ilə bağlı vədlər verən ölkə başçısının sözləri hər keçən gün sürətlə reallığa qovuşur. Demək olar ki, hər həftə Qarabağ torpaqlarına köç karvanı yola salınır.
1993-cü ildə ermənilərin işğal etdiyi, xarabalığa çevirdiyi Ağdərə yenidən qurulur. 32 il torpaq həsrətini çəkən ağdərəli məcburi köçkünlər öz evlərinə, isti ocaqlarına köçürlər.
İkinci köç...
Dünən Ağdərə rayonunun Həsənriz kəndinə növbəti-ikinci köç karvanı yola salınıb. Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.
Xatırladaq ki, bir neçə gün öncə - martın 3-də Ağdərəyə ilk köç karvanı yola salınmışdı. Həmin gün 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Beləliklə, dünənki köç mərhələsi də daxil olmaqla Həsənrizə köçürülən ailələrin sayı 50-yə çatıb.
32 il öncə işğal edilmişdi...
1993-cü il iyulun 7-də Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan Ağdərə rayonu və onun kəndlərini işğal etmişdilər. İşğala qədər Ağdərənin 14 kəndində və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayırdı. İşğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar.
İşğal altında olan dövrdə rayonun kəndləri Ağdam, Kəlbəcər, Tərtər rayonlarının inzibati tərkibində olub. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi düşmən əsarətində saxlanılıb.
Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan rayon faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən avtomobil yolları var idi.
Ağdərənin azad olunması
Azərbaycan Ordusunun şanlı qələbələrindən olan 2016-cı ilin Aprel döyüşləri nəticəsində Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Ağdərə rayonunun da ərazisinin bir hissəsi işğaldan azad edilmişdi. Rəşadətli Ordumuzun sarsıdıcı zərbəsi ilə Ağdərə rayonunun Talış və Seysulan kəndləri düşməndən təmizləndi. Bu şanlı qələbə bütün qaçqın və məcburi köçkünlərimiz kimi, ağdərəlilərdə də doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qəti inam yaratmışdı.
Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısı noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bununla bağlı demişdi: “Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz, həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına bax02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45

