Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

09.03.2025 [10:14]

Böyük Qayıdışın ünvanlarından olan Cəbrayıl şəhərində də həyat öz axarına qayıdıb, doğma sakinlərinə qucaq açan şəhər əsl sakinlərinin sevgisi ilə əhatə olunub. Günü-gündən gözəlləşən şəhərdə sakinlər ətraf mühitin qorunması və təmizliyin saxlanılması üçün öz zəhmətlərini əsirgəmirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib. Yazın gəlişi ilə əlaqədar "Çinar" kəhrizinin ətrafında və yaşayış binalarının ərazisində aparılan təmizlik işləri zamanı ağaclar budanıb, tullantılar toplanıb, digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyada ərazidə fəaliyyət göstərən yerli qurumların əməkdaşları ilə bərabər, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin müəllim və şagird heyəti də iştirak edib.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31