Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

23.03.2025 [11:15]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2 milyon dəfə istifadə edilib, 47 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin yanvar-fevral aylarında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 82 milyon olub.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31