Teleməkanda ədəbi dil problemi...
11.07.2013 [14:04]
Ekspertlər bu qənaətdədirlər ki, televiziya kanallarımızda ədəbi dil normalarına riayət olunmur və bu problemin həlli üçün teleməkana mütəxəssislərin cəlb olunması, nəzarətin gücləndirilməsi vacibdir
Azərbaycan teleaparıcısı, telejurnalisti, müəllif proqramının aparıcısı hansı dildə danışır? Onun danışıq tərzi və tempi tamaşaçını qane edirmi? Yabançı dillərin bizim aparıcılara təsiri nə dərəcədə güclüdür?
Azərbaycanda teleaparıcıların orta yaş həddi, fikrimizcə, 25-35 yaş arasındadır. Xanım aparıcıların sayı nisbətən çoxdur. Haradasa aparıcıların 60 faizi xanımlardır. Bu nisbətin xanımların xeyrinə dəyişməsi Sovet quruluşunun dağılmasından sonraya təsadüf edir. Kişi aparıcılar daha təmkinli, ciddi və konservativ təsir bağışlayırlar, dəyişikliklərə çətin uyğunlaşırlar. Ancaq bu, onların nitqini qüsurlardan da qoruyur. Xanım aparıcılarda nitq problemi daha ciddi və qabarıqdır. Onlar verilişlərinin rəngarəng olmasını istəyir, ən çox buna fikir verirlər və nitqin səlisliyi məsələsini yaddan çıxarırlar.
Azərbaycanda telekanallara çıxan aparıcıları Azərbaycan dilinə münasibətdə iki qrupa bölmək olar: dili mükəmməl bilənlər və bilməyənlər. Dövlət dilini dərinliyinə qədər bilən və ekrandan qüsursuz danışan aparıcılarımız əsasən xəbər proqramlarında görünürlər. Dili bilməyənlər deyəndə təbii ki, Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi olmayan aparıcıları nəzərdə tuturuq. Onların yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbaycan dialektlərinin və Türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı olmasını və bu sahədə nəzarətin zəif olmasını göstərmək olar.
Bunlarla yanaşı, teleproqramlara qatılan bir çox qonaqların da ciddi nitq qüsurları olduğu müşahidə edilməkdədir. Bu mənada belə demək mümkünsə, Azərbaycan aparıcısı demək olar ki, ekstremal vəziyyətdə fəaliyyət göstərir. Efirə qonaq qismində dəvət alan bir sıra şəxslərin danışığı da acı reallığı özündə əks etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu türkcəsi nəzərdə tutulur) qonaqların nitqinə uyğunlaşmalı olur, beləliklə, bəzən məcburiyyətdən ədəbi dil qaydalarını pozurlar.
Teleməkana nəzarət funksiyalarını həyata keçirən qurumun - Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də müsahibələrinin birində “milli dilimizin teleefirdəki vəziyyəti ilə razısınızmı” sualına “Biz özümüz özümüzə hörmət etmirik. Bu məsələdə qeyri-normal vəziyyət hökm sürür” cavabını verib. O, son zamanlar ingilis dilində verilişlərin artmasını da bir problem kimi qeyd edib və bildirib ki, bizdə dünya praktikasına zidd olaraq belə hallarda ekranın aşağısından subtitrlər verilmir.
Bəs görəsən, ziyalılarımız necə düşünür: Azərbaycan teleməkanında ədəbi dil qaydalarına riayət olunurmu? Bu yöndə uğurların əldə olunması üçün hansı işlər görülməlidir?
Tənqidçi - ədəbiyyatşünas Hikmət Məlikzadə hesab edir ki, yaradıcılıq müxtəlif təxəyyül prosesləri ilə özünə rəng qatır: “Bəzən modernçi ənənə də bu prosesə öz təsirini göstərir, ancaq xalq yazı üslubu yaradıcılıq və ictimai ədəbiyyat arasındakı qaynarlığı daha çox mümkün reallığa çəkə bilir. Bu mənada son illər televiziya məkanları da özlərinə xas təxəyyülü modern ənənədə birləşdirmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Lakin böyük təəssüf hissilə qeyd etməliyik ki, televiziya aparıcılarımızın əksəri modern görkəmə hay-küyçü, boyat, bəsit şou ilə yanaşma etməkdə maraqlıdır”.
H.Məlikzadə həmçinin, qeyd edib ki, ədəbi dil birinci növbədə düzgün danışmaq qaydasıdır: “Televiziyalar bu yöndə tamaşaçını lirik-poetik ovqata kökləmək qaynarlığını həyatın şərtlər məcmusu kimi verməli, ictimai duyğunu sadə-bədii ehtimalda yəqinləşdirməlidirlər. Ancaq biz bunun əksini görürük: aparıcı-müəllif çılğın ictimai əhvalı qabarıq şəklə salır, münasibətlərini poetikaya uyğun təsnifata hesablamaq əvəzinə, loru “improvizasiyalar”la nitq normalarını pozur. Bu da onsuz da ucuz şoulardan, biabırçı, mənəviyyata zərbə vuran seriallardan bezmiş tamaşaçının zövqünü bir az da korlayır, onu ədəbi ovqatlara kökləməkdənsə, belə deyək, ümumi vəziyyətdən küsdürür”.
Tənqidçi hesab edir ki, ədəbi dil bütün televiziyalar üçün bir meyar olmalıdır.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin Xəbərlər Studiyasının direktor müavini Vəli Əkbərin fikrincə, Azərbaycan teleməkanında ədəbi dil yox, Azərbaycan dili ilə bağlı çox ciddi problemlər var: “Media aləmində son günlər aparılan polemikalarda, əslində, işin bu yöntəminə deyil, ədəbi dil, yoxsa çevik jurnalistika dili dartışması mövcuddur. Dil bütöv orqanizmdir. Onun dialekti, ləhcəsi, şivəsi, ədəbi və rəsmi formaları var. Baxın poeziya dilinə, məgər ona qüsur tutmaq olarmı ki, mübtəda-xəbərin yeri niyə dəyişilib. Jurnalistika dili də o cür. Məsələn televiziyada xəbər dilində sadəlik, çeviklik və ən asan başa düşülən forma olmalıdı. Amma teleməkanın bugünkü dili çox bərbaddır. O da əsasən efir məkanını savadsız və sahibinə sərf edən ucuz işçi qüvvələrinin zəbt etməsi ilə bağlıdır. Efirdəki aparıcıların çoxunun elementar orta savadı yoxdur. Bu gün istənilən televiziyada yeni işə qəbul olunan işçiyə verilən, bəlkə də verilməyən, sonuncu sual doğma dilimizlə bağlıdır”.
Yazıçı-dramaturq Əyyub Qiyas hesab edir ki, teleməkan və ümumiyyətlə, efir danışıq dilinin formalaşmasına bilavasitə təsir göstərir: “Bu gün efir dili problemi bütün instansiyalarda müzakirə obyektinə çevrilib. Həyəcan təbili vurulur və bu da təbiidir! Çünki efirdə Azərbaycan dilinin bütün qayda-qanunları pozulur. Dili bilməyən, danışıq qüsurları olanlar efirə çıxır və öz danışıq formasını millətə sırıyır. Bütün bunları aradan qaldırmaq üçün mütləq tədbirlər görülməlidir”.
Oktay Hacımusalı
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

