Yara və zədələri sağaldanlar...
20.05.2025 [08:36]
Travmatoloqların peşə bayramıdır
Dünyada insanların travma xəsarətləri alması çox geniş yayılıb. Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr insanların sağlamlığına və həyatına ciddi təhlükə törədir. Aparılan maarifləndirmə kampaniyalarında bir daha vurğulanır ki, travmatizmin profilaktikası tədbirləri hər gün yüzlərlə həyat xilas edə bilər.
Yeri gəlmişkən bu gün travmatoloqların peşə bayramıdır. Belə ki, hər il mayın 20-si Ümumdünya Travmatologiya Günü kimi qeyd olunur.
Tarix və arxeologiya belə ehtimala əsas verir ki, hələ qədim zamanlarda adamlar əl-ayağın, hətta çənə sümüyünün sınığını bitişdirmək üçün cərrahi əməliyyatlar aparıb, zədələnmələrin fəsadlarını müalicə edirmişlər. Arxeoloq alimlərin tapıntıları arasında qədim dövrlərdə həkimlər tərəfindən istifadə olunduğu güman edilən tibb alətləri də var. Zədələnmələrin müalicəsi ilə bağlı məlumatları isə ilk dəfə Hippokrat sistemləşdirməyə cəhd göstərib.
“Travmatoloji məntəqə”
Travmatologiya tibbin müxtəlif sahələri ilə əlaqədardır. Bu elm zədələnmiş bədənin və ya orqanın həmin hissəsini, xəstənin ümumi vəziyyətini, xroniki xəstəlikləri, əks göstərişləri və.s araşdırır. Septik, irinli, yanıq cərrahiyyəsi, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər tibb sahələri travmatologiya ilə sıx bağlıdır.
Adi insanlarda travmatologiya ilk növbədə dayaq-hərəkət sistemindəki xəsarətlərlə assosiasiya olunur. Bu da təsadüfi deyil. “Travmatoloji məntəqə” sözünü çoxları eşidib, bəziləri isə hətta orada olublar. İnsanlar həmin məntəqələrə yıxılma, zərbəalma nəticəsində əl-ayaqda çıxıq, sınıq, əzik və digər xəsarətlər baş verəndə müraciət edirlər. Bu baxımdan, travmatologiya, dayaq-hərəkət sistemi xəstəliklərinin qarşısının alınması və müalicəsi ilə məşğul olan müvafiq tibb sahəsi - ortopediya ilə sıx bağlıdır. Təsadüfi deyil ki, bu sahədə çalışan həkimlərin ixtisası ortoped-travmatoloq adlanır.
Travmatologiya və Ortopediyanın əlaqə nöqtələri
Travmatologiya və ortopediya sahələri bir-birinə çox yaxın olsalar da, müxtəlif müalicə strategiyaları və məqsədləri var. Travmatologiya daha çox kəskin və təcili vəziyyətlərlə məşğul olduğu halda, ortopediya uzun müddətli və kompleks müalicə strategiyalarına yönəlib. Məsələn, avtomobil qəzası nəticəsində yaranan sümüklərin qırılması travmatologiya mütəxəssislərinin müdaxiləsini tələb edər. Lakin həmin qırıq düzgün sağaldıqdan sonra xəstənin normal hərəkət qabiliyyətini bərpa etmək üçün ortopediya mütəxəssisinin yardımı lazım ola bilər. Eyni zamanda, bəzi hallarda travmatologiya və ortopediya sahələri birlikdə işləyir. Bu hallar adətən mürəkkəb travmalar və ya xəstəliklər zamanı baş verir, məsələn, böyük sümüklərin çoxlu qırıqları və ya ağır oynaq zədələri.
Travmatologiya və ortopediya tibbin çox vacib sahələridir və hər iki sahə bədənimizin normal funksionallığını bərpa etmək üçün böyük əhəmiyyət daşıyır. Bu sahələr, müasir tibb elminin inkişafı sayəsində, insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq və travmaların yaratdığı fəsadları minimuma endirmək üçün geniş imkanlara malikdir. Sümüklərin və əzələlərin zədələnməsi və ya xəstəlikləri ilə bağlı hər hansı problem yaşandıqda, travmatologiya və ortopediya mütəxəssislərinə müraciət etmək həyati əhəmiyyət daşıyır.
Ölkəmizdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 1946-cı il martın 11-də hərbi hospitalın bazasında yaradılıb. İnstitutda Poliklinika, Təcili və təxirəsalınmaz tibbi yardım, Ortopediya, Travmatologiya, Əl cərrahiyyəsi və yaralar, Uşaq travmatologiyası və ortopediyası, Artroplastika və artroskopiya, Radiologiya, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Fizioterapiya, Laboratoriya və sair şöbələr fəaliyyət göstərir. Müəssisədə elmi istiqamətdə Metodik təşkilat və Elmi-tibbi informasiya şöbələri mövcuddur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

