Min bir dərdin dərmanı...
21.05.2025 [08:17]
Çay alarkən nələrə diqqət edək?
Yorğun olduğumuz zamanlarda, həmçinin əhvalımızı yaxşılaşdırmaq istəyəndə daha çox çaya üstünlük veririk. Dünyada sudan sonra ən çox istifadə olunan içki sayılan çayın 5 min illik tarixi var. Çay haqqında əfsanələr də mövcuddur. Belə ki, Böyük Çin imperatoru Shen Nungın xidmətçisi bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşür və sudan yayılan qoxu imperatorun çox xoşuna gəlir. İmperator yarpaq düşmüş suyun dadına baxır və çox bəyənir. O gündən çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içki olur.
Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilib. Yeri gəlmişkən, mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd olunur. BMT həmin tarixi çay idxal edən ölkələrdə bu məhsulun istehlakının azaldılmasına diqqət çəkmək məqsədilə elan edib.
Beynəlxalq Çay Gününü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra reallaşdırmaq mümkün olub.
Çayın yaranma tarixi...
Çay sözünün mənşəyi də Çinə gedib çıxır. Bu içki həmin ölkənin ayrı-ayrı bölgələrində “ça” və “te” kimi tələffüz olunur. İngilislər də “te” əsasında “tea” sözünü formalaşdırıblar. Çay Avropaya 17-ci əsrin əvvəllərində holland və portuqal tacirlər tərəfindən gətirilib. 1635-ci ildən Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr hesab olunurlar. Bu bitkini ilk dəfə Amerikaya gətirən insanın adı isə Peter Stuyvesantdır. 1908-ci ildə bu günümüzdə geniş yayılmış birdəfəlik paket çayların ABŞ-da istehsalına başlanılıb.
Dünyada hazırda ən aparıcı çay istehsalçısı ölkələr Hindistan, Şri-lanka, Çin, Türkiyə, Keniya, İndoneziya, Malayziya, və Vyetnamdır.
Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəranda əkilib. İlk çay zavodu da 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Ölkəmizdə çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir. 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib-becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod istifadəyə verilmişdi.
Gündəlik istifadə etdiyimiz çayın necə hazırlandığı, hansı çayın daha keyfiyyətli olduğu, eləcə də çayla bağlı digər məqamlar yəqin ki, çoxlarına maraqlıdır. Çay üzrə mütəxəssis Nuriyyə Rəhmanova mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, çay təbabətdə, infeksion xəstəliklərin qarşısının alınmasında, göz, dil, diş xəstəliklərinin müalicəsində istifadə olunub.
Hansı çay daha yaxşıdır?
Mütəxəssis qeyd edib ki, çay əkildikdən 5 il sonra məhsul verir. Onun sözlərinə görə, çayı bölgə ilə çox da bağlamaq düzgün deyil. Hansı çaya aqrotexniki qulluq göstərilirsə, onda məhsuldarlıq və keyfiyyət yüksək olur: “Dünyada Hindistan çayı daha yaxşı çay hesab olunur. Bu gün ölkəmizdə istehsal olunan çaylar Hindistan-Çin hibridindən alınıb. Çünki bu məhsul şaxtaya dözümsüzdür, Günəş və suyu daha çox sevir. Son dönəmlər mənfi 5 dərəcəyə qədər dözən çay kolları əkilib. Çayın keyfiyyətli olması sırf aqrotexniki qulluq qaydalarına əməl edilməsi ilə bağlıdır. Yaxşı qulluq etdikdə ildə dörd dəfə məhsul götürmək mümkündür. Ən yaxşı çay “buket” növ hesab olunur. Daha sonra əla, ondan sonra birinci növ çay gəlir”.
Ətrindən keyfiyyətini bilmək olar
N.Rəhmanova bildirib ki, hazırda ölkəmizdə çay yetişdirilməsi stimullaşdırılır: “Çaya uzaqdan baxanda onun keyfiyyətli məhsul olub-olmadığını bilmək olmaz. Çayı istifadə etdikdən, dəmlədikdən sonra onun keyfiyyətinə qiymət vermək mümkündür. Bununla belə, çay alan zaman onun üzərində istehsal tarixinə, çeşidi, növü və sair məqamlara diqqət etməliyik. Qablaşdırılması normal olan məhsula üstünlük verilməlidir. Dəmlədikdən sonra çayın ətrindən onun keyfiyyətini bilmək olar. Çayın üzərinə qaynar su tökdükdə çaya xas olan ətir qalxır. Bu ətir bir qədər portağal, bir qədər də alma ətrinə bənzəyir. Amma bu, bənzətmədir”.
Çayın faydaları...
Mütəxəssisin sözlərinə görə, çayın tərkibində kofein olduğundan, dəmləyib istifadə etdikdən sonra yorğunluğu aradan qaldırır: “Çayın tərkibindəki antioksidant qocalmanı ləngidir. Bizim vərdişə çevirdiyimiz çay bütün infeksion xəstəliklərdə orqanizmə kömək edir. Həmçinin yeni hüceyrələrin yaranmasına kömək edir. Çay bədəni tərk edənə qədər bütün orqanlarımıza faydası toxunur. Çay bədəndə qan damarlarına, əzələlərin bərpasına müsbət təsir göstərir”.
Dəmlədikdən sonra 20-30 dəqiqə ərzində...
N.Rəhmanova bildirib ki, köhnə çayı istifadə etmək tövsiyə edilmir: “Nəzərə almaq lazımdır ki, biz çayı yorğunluğumuzun çıxması üçün içirik ki, bədənimiz gümrahlaşsın. Eyni zamanda, susuzluğumuzu yatırsın. Biz köhnə çay içdikdə artıq orqanizmimizə çayın bir faydası olmur. Ona görə də çayı dəmlədikdən sonra 20-30 dəqiqə ərzində istifadə etmək məsləhətdir”.
Mütəxəssis qeyd edib ki, iriyarpaqlı çaylar daha gec dəm alır. Orta iri yarpaqlı çaylar nisbətən tez dəmlənir. Birdəfəlik çaylar isə ən tez dəmlənən çaylardır.
Ətirli çaylar ziyandırmı?
Qeyd edək ki, son vaxtlar bazarda ətirli çay çeşidlərinə daha çox rast gəlinir. N.Rəhmanova vurğulayıb ki, buna ətirləndiricilərdən istifadə etməklə nail olunur: “Ətirləndiricilərdən istifadə müxtəlif
zövqləri oxşamaq məqsədi daşıyır. Çayı ətirləndirmək üçün təbii qida məhsullarında istifadə olunan efir yağlarından istifadə edilir. Ətirləndiricilər arasında ən populyar olanı isə berqamotdur. Ətirli çaylar bazarda bəyənilir. Ziyanı yoxdur”.
Çayımız 40 ölkədə satılır
Mütəxəssis bildirir ki, Azərbaycanın istehsal etdiyi çay bu gün 40-dan çox ölkəyə ixrac olunur. Azərbaycan çaylarına ən böyük tələbat isə ərəb ölkələrində, Rusiya, Ukrayna, Amerikadadır. Onun sözlərinə görə, Azərbaycan çayı Yaponiya bazarına da çıxarılıb.
Gündə neçə stəkan çay içmək məsləhətdir?
Azərbaycanda adına mahnılar yazılan “armudu stəkanda çay” deyimi isə sən demə, elə-belə yaranmayıb. Armudu stəkanda çayın daha dadlı olduğunu mütəxəssis də təsdiqləyir. Onun sözlərinə görə, armudu stəkanın quruluşuna görə soyuma tədricən getdiyindən çay isti və ləzzətli olur. O deyir ki, bir insan gün ərzində 8-12 armudu stəkan çay qəbul edə bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

