BMT-nin son hesabatı...
11.07.2025 [08:27]
Əhali artımı ən çox 8 ölkədə cəmləşəcək!
Dünyada əhalinin sayı heç bir tarixi dövrdə sabit olmur, daim dəyişkəndir. Hər zaman fərqli, son dövrlər isə artan statistikanı müşahidə edirik. Kapitalizmdən əvvəlki dövrdə isə dünya əhalisinin sayında yavaş artım müşahidə olunub. Bu isə daha çox uzunmüddətli müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə bağlıdır.
Dünya əhalisi sürətlə artarsa...
1900-cü ildə dünya əhalisinin sayı 1,6 milyard, 1960-cı ildə 3 milyard, 2000-ci ildə 6 milyard nəfər göstərilir. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmağa davam edərsə, 2040-cı ildə Yer kürəsində 10 milyard insan yaşayacaq.
Son demoqrafik vəziyyət
BMT-nin Əhali Fondu (UNFPA) hesabatında demoqrafiya sahəsindəki son vəziyyəti açıqlayıb. Əhalinin sayına görə, Hindistan birinci yerdədir (1 milyard 600 milyon nəfər). Ondan sonra 1 milyard 425 milyon nəfərlə Çin və 340 milyon nəfərlə ABŞ gəlir.
Bu ölkələr 2050-ci ildə...
UNFPA-nın hesabatında qeyd edilir ki, dünyada əhali artımı ən çox 8 ölkədə cəmləşəcək. Bunlar, Misir, Konqo Demokratik Respublikası, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniyadır. Bu ölkələrin 2050-ci ildə dünya əhalisinin yarısına malik olacağı gözlənilir. Eyni zamanda, qlobal əhali sayının artması fonunda artım tempində zəifləmə də müşahidə olunur. Bu templə əhalinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çata bilər.
Azərbaycanda vəziyyət...
Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkəmizdə əhalinin sayı ilin əvvəlindən 11 min 338 nəfər və ya 0,1 faiz artıb. Belə ki, son statistikada 2025-ci il may ayının 1-i vəziyyətinə əhalinin sayı 10 236 227 nəfərə çatıb.
Yeri gəlmişkən, bu gün Ümumdünya Əhali Günü kimi qeyd edilir. 11 iyul 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən Əhali Fondu təsis edilib. Bu tarixin qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

