İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28.07.2025 [11:26]
Ümumdünya Hepatitlə Mübarizə Günü hər il iyulun 28-də qeyd edilir.
AZƏRTAC xəbər verir ki, 2010-cu ildən etibarən bu günün hər il iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır. Ümumdünya Hepatitlə Mübarizə Gününün məqsədi cəmiyyəti ağır qaraciyər xəstəliklərinə və qaraciyər xərçənginin ən çox yayılmış forması kimi hepatoselüler karsinomaya səbəb olan iltihablı qaraciyər xəstəliyinin yaranmasına səbəb olan müxtəlif viruslar tərəfindən törədilən hepatitlər barədə maarifləndirməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ümumdünya Hepatitlə Mübarizə Gününün builki mövzusu “Hepatit: maneələri yıxın!”dır. Təşkilat bu mövzunu hepatitin aradan qaldırılmasına və qaraciyər xərçənginin effektiv qarşısının alınmasına mane olan maliyyə, sosial və sistem amillərinin (stiqma da daxil olmaqla) aradan qaldırılması üçün təcili tədbirlərə çağırış kimi xidmət edir. Kampaniya bizi hərtərəfli qaraciyər qulluğuna əlçatanlığı yaxşılaşdırmaq və 2030-cu ilə qədər hepatitin ictimai sağlamlıq üçün təhlükə yaratmamasını təmin etmək üçün təcili tədbirlər görməyə çağırır.
Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental (cinsi yolla) və transplasentar (anadan körpəyə) yoluxma yolu ilə keçə bilər.
Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.
“Səssiz qatil” adlandırılan hepatit C xəstəliyi uzun müddət orqanizmdə qalır və sonradan ciddi fəsadlara səbəb olur. Əvvəlcə fəal başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir, lakin heç də bütün hallarda seroza keçmir. Ancaq onların təxminən 20 faizində qaraciyər serozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.
Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. ÜST Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikasının və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

