Dayanıqlı iqtisadi inkişaf göstəriciləri
13.08.2025 [11:37]
Cari ilin ötən 7 ayında ÜDM-in həcmi artaraq 72 milyard manatı ötüb
2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7076,9 manata bərabər olub.
Əhalinin gəlirləri və investisiya qoyuluşları artıb
2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 15 faiz artıb. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.
Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Belə ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyo 770,8 min nəfər olub və muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu göstərici uğurlu sosial-iqtisadi dinamikanın nəticəsi hesab edilə bilər. Qeyd edilən dövrdə inflyasiya 2024-cü ilin eyni dövrü ilə nisbətdə 5 faiz təşkil edib ki, bu da orta aylıq əməkhaqqından 2 dəfə aşağıdır.
Vergi və sosial sığorta yığımlarında artım qeydə alınıb
2025-ci ilin ötən 7 ayı ərzində biznesin aktivliyinin yüksəlməsi fiskal yığımların həcmini də artırıb, vergi orqanlarının xəttilə dövlət büdcəsinə 10 milyard 558,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 6 faiz çox əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faiz artıb. Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyon manatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyon manatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faizi qeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 409,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artıb və 2 milyard 446,3 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 449,3 milyon manatdan çox təşkil edib.
Qeyri-neft sütunları üzərində...
Cari ilin ötən 7 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
Beynəlxalq maliyyə institutlarının açıqladığı hesabatlarda və yenilənmiş proqnoz ssenarilərində Azərbaycanda iqtisadi artımın ümidverici olmasına dair göstəricilər yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-ci ildə ölkəmizdə ÜDM-in 4,5-5 faiz artcağı əksini tapıb. Eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankının hesabatlarında da 2025-ci ildə iqtisadi artımla bağlı müsbət proqnozlarında qeyri-neft resurslarının yüksək artımları müqabilində ümumi daxili məhsulun 5 faiz təşkil edəcəyi fərz olunur. Bu nikbin proqnozlar isə dövlətin 2025-ci ildə qarşıya qoyulan bütün hədəfləri icra etməsinə dərin zəmin yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

