Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardım göstərilib

Cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardım göstərilib

28.10.2025 [21:15]

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli", habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslərin qəbulu davam edir.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Alibi” Vəkil Bürosunun vəkilləri 10 saylı cəzaçəkmə müəssisəsində, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara pulsuz hüquqi yardım göstəriblər.

Ümumilikdə 40-a yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30