Şəhidlərin xatirəsi metronun “20 Yanvar” stansiyasında da yad edilib
22.01.2014 [11:37]
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 24 illik həsrətin, ayrılığın ağrısı, acısı boylanırdı. Baxışlardan başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş bu insanların düşmənə nifrət dolu baxışlarında həm də bir qürur, mübarizlik özünü göstərirdi.
Ziyarətə gələnlər arasında yaşlı insanlar da çox idi. Onlar bu məkanda baş verənləri yaxşı xatırlayırlar. Bilirlər ki, o müdhiş gecədə millətinin azadlığı uğrunda günahsızcasına qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib. Elə bu səbəbdəndir ki, bu kompleks də insanların ziyarətgahına çevrilib.
AzərTAc xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 24-cü ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Buraya üz tutanlardan biri - Qarabağ müharibəsi əlili Musa Məmmədov deyib ki, tarixdə çox qırğınlar baş verib, lakin 20 Yanvar faciəsinin miqyası daha böyükdür. Bu səbəbdən də 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan vaxtsız getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Bu gün Qanlı Yanvarın 24-cü ildönümüdür. 24 il əvvəl Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə məruz qalmış, günahsız insanlar güllə-baran edilmişdi. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq, Qarabağ uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Həmin hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
Faciənin 24-cü ildönümü münasibətilə metronun “20 Yanvar” stansiyasının əməkdaşları da stansiyada qərənfillərlə matəm kompozisiyası qurublar. Ölməz şəhidlərimizin mübarizə, mərdlik və sevgi dolu ömür yollarının rəngarəng tər qərənfillərin “dili” ilə təqdim edildiyi bu kompozisiya hər kəsi buradan biganə ötməməyə, dayanmağa, bu faciənin qurbanı olan oğul və qızlarımızı anmağa səsləyirdi. Elə bu səbəbdən də metrodan istifadə edən insanlar bu kompozisiyanın qarşısında dayanır, şəhidlərin xatirəsini ehtiramla anırdılar. Bu insanların sırasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da vardı.
Metropolitenin rəisi jurnalistlərə müsahibəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən danışıb, bildirib ki, həmin gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişib, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə olub.
T.Əhmədov 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib.
Diqqətə çatdırılıb ki, həmin Qanlı Yanvar gecəsində metropolitenin işçiləri həyatlarını təhlükə altında qoyaraq sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıyıbşlar.
Bakı Metropoliteninin rəisi vurğulayıb ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

