Kitab satışı: onlayn, yoxsa mağazalar?!
28.01.2014 [09:04]
Əvvəllər metroda, avtobusda sərnişinlərin əksəriyyətini kitab və qəzet oxuyan görmək olardı. İndi də oxuyanlar var. Amma onların əlində daha çox elektron oxuma cihazlarını (e-rider) görmək mümkündür.
E-riderlərin üstünlükləri çoxdur. Ən əsası da az yer tutmasıdır. Axı, bir elektron kitab oxucusunun içində onlarla, yüzlərlə əsər daşımaq mümkündür. İndi istənilən ədəbiyyatı elektron versiyada əldə etmək olur. Özü də bunun üçün kitab mağazalarını gəzməyə ehtiyac yoxdur. Digər tərəfdən, e-kitablar daha rahat və münasib qiymətədir, əksər hallarda bir çox əsərləri internetdən pulsuz yükləmək olur. Kitabı oxuyarkən bəyənmədiyin məqamları da düzəltmək mümkündür: yazının ölçüsünü dəyişdirmək, mətn daxilində istənilən sözü avtomatik axtarmaq. Kitabın xüsusi işıqlandırması sayəsində göz yorulmur.
Elektron-kitab tərəfdarları deyirlər ki, onsuz da bir əsəri bir dəfədən artıq oxumaq olmur. Hər dəfə də pul verib kitab almaq büdcəyə ziyan vurur, digər tərəfdən evdə də rəfdə yer tutur. E-riderdə isə romanı bir dəfə oxuyandan sonra onu pozub yerinə başqasını yazmaq olar.
Lakin heç bir evin mühitini sevimli kitab olmadan təsəvvür etmək olmaz. Bir qədər yaşlı nəslin nümayəndələri deyirlər ki, evdə divanda əyləşib kitabın səhifələrini vərəqləyərək oxumağın yerini heç nə verməz. Digər tərəfdən, bəzi hallarda məhz çap məhsullarına ehtiyac duyulur. Məsələn, kağız kitablarda yazıların üstündə qeydiyyat aparmaq olur, şəkillərini izləmək daha rahatdır. Uşaqlar üçün də çap məhsulları vacibdir. Uşaqlar əlifbadan tutmuş müxtəlif inkişaf etdirici kitablara kimi oxumalıdırlar. E-kitabın oxunandan sonra satıla bilməməsi, yaxud başqasına verilə bilməməsi də onun dəyərini azaldır.
Elektron və kağız formatda kitabları müqayisə edən mütəxəssislərin bəziləri kitab nəşrinin gələcəyinin rəqəmsal olacağından əmindirlər.
Dünyanın məşhur “Amazon” firması özünün populyar “Kindle” e-kitab oxuma qurğusunu satışa çıxarandan bəri mütəxəssislər kitab nəşrinin gələcəyinin rəqəmsal olacağı haqda proqnozlar verirlər.
Kağızdan monitora keçilməsinin sürəti haqqında rəylər müxtəlif olsa da, ortaq fikir budur ki, bundan əvvəl musiqi, foto və xəritə sahəsinə nüfuz etmiş rəqəmsallaşma kağız kitab çapına da öz təsirini göstərəcək. Bir media mütəxəssisi, hətta bir neçə il əvvəl proqnoz vermişdi ki, 2015-ci ilə qədər ənənəvi kitab çapı tamamilə sıradan çıxacaq.
Amma e-book inqilabından 6 il keçməsinə baxmayaraq, məlum olub ki, ənənəvi kitabların gələcəyi ilə bağlı daha nikbin proqnozlar verilə bilər.
Nə qədər təəccüblü olsa da, kağız kitablar öz mövqeyini əldən vermir.
E-kitab satışı yavaşıyır. E-kitab oxuma qurğularının satışı isə getdikcə zəifləyir, alıcılar çoxtəyinatlı tabletlərə üstünlük verirlər. Ola bilər ki, gələcəkdə e-kitablar kağız kitabları əvəz etməsin, ənənəvi qiraətə əlavə kimi audio-kitablar rolunu oynasın.
ABŞ-da kağız kitabların satışı ilə məşğul olan ikinci böyük dükan şəbəkəsi - “Borders” müflis olub və özü-özünü ləğv edib.
Əsas səbəb kimi isə onun internetdəki kitab satışı saytları ilə rəqabətə tab gətirə bilməməsi göstərilir: on-line kitab satışı genişlənir, elektron kitab oxuma qurğuları - e-book riderlərin satışı sürətlə artır.
“Borders” son aylarda ölkə boyu dükanlarının çoxunu bağlamışdı və restrukturizasiya yolu ilə qalan 399 dükanı saxlamaq niyyətində idi.
Amma bu plan da baş tutmayıb, biznesin qalan hissəsinə müştəri tapılmayıb.
“Bütün cəhdlərimizə baxmayaraq, işlərin bu həddə gəlib çıxmasından kədərləndiyimizi bildiririk” - deyə, “Borders” qrupunun prezidenti Mike Edwards mətbuat üçün açıqlamasında bəyan edib.
“Biz fərqli nəticə üçün çalışırdıq, amma xeyli vaxtdır ki, üz-üzə qaldığımız problemlər, o cümlədən kitab industriyasındakı sürətli dəyişikliklər, e-book rider inqilabı və iqtisadiyyatdakı durğunluq bizi indiki duruma gətirib çıxardı”.
Bəs, bizim oxucularımız kitabı hardan alırlar? Görəsən mağazalardan alırlar, yoxsa onlayn sifariş verirlər? Ümumiyyətlə, bu gün bizdə onlayn kitab biznesi nə vəziyyətdədir? Hansı problemlər var?
Yazıçı - publisist Hafiz Mirzə kitabı Bakının kitab mağazalarından alır: “Çox vaxt isə müəlliflər bağışlayırlar. Onlayn kitab satışına gəlincə... Mənim üçün kompüter arxasında kitab oxumaq əyani şəkildə kitab oxumağın yerini vermir. Ola bilsin ki, gənclər və gələcək nəsil üçün bu müvafiq olsun. Məncə bu müəlliflər üçün də sərfəli olar. Pulunu ödə, kitabı köçürt. Düşünürəm ki, bundan ötrü kompüterləşmə səviyyəsi yüksəlməlidir. Həm də əyani kitab oxunuşunun səviyyəsi qalxmasa, onlayn kitab tələbatı yalnız ayrı-ayrı mütəxəssislər üçün önəmli olacaq”.
Şair Elməddin Nicat da adətən kitabı ən çox müəlliflərindən alır: “Çünki bugünkü durum elədir ki, istədiyin kitabları tapmaq bəzən çətin olur. Mağazalar bu məsələdə oxucuları hardasa təmin edir. Amma elə bölgələrimizdə bu sahədə müəyyən problemlər var”.
Şair Elşən Əzimin fikrincə, kitabı Bakıya yolu düşəndə kitab mağazalarından almaq daha məqsədəuyğundur: “Get-gedə şəxsi kitabxanam formalaşır, xeyli kitabım var. Təəssüf ki, bölgədə kitab satışı istənilən səviyyədə deyil. Belə bir biznesə marağı olan azdır. Onlayn kitab biznesinə isə ehtiyac var. Bəzən çap olunan hansısa bir maraqlı kitabı əldə etməkdə çətinlik çəkirik. Onlayn kitab biznesi bu yöndə yardımçımız ola bilər”.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli də kitabı əksərən kitab mağazalarından alır: “Daha çox elmi (tarix və arxeologiya) kitablar almağa üstünlük verirəm. Onlayn kitablar da alıram, amma bu nadir hallarda olur. Onlayn kitab biznesinə tələbatı cəmiyyət özündə hiss etməlidir. Düşünürəm ki, Azərbaycanda bu sahənin inkişafı üçün maarifləndirici işlərin aparılmasına ehtiyac var”.
Oktay Hacımusalı
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

