Balakəndə əhalinin tibbi müayinəsi mütəşəkkil surətdə davam edir
08.03.2014 [09:46]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Balakən rayonunda da mütəşəkkil surətdə davam edir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AzərTAc-a bildirib ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində 20 mindən artıq rayon sakini müayinədən keçib. Rayon Mərkəzi Xəstəxanasında, həmçinin Qabaqçöl qəsəbə xəstəxanasında və kənd həkim məntəqələrində aksiyanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Həkim briqadaları səhər saatlarından axşamadək sakinləri müayinədən keçirir, xəstəlik aşkar olunduqda müalicə təyin edirlər. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar ucqar kəndlərdə yaşayan, xəstəxanalara getmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərirlər.
Əhalinin daha çox üz tutduğu Rayon Mərkəzi Xəstəxanası bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Dilbər Quliyeva bildirib ki, hazırda rayonun ucqar yaşayış məntəqələrindən olan Mazımçay, Qazma və Salban kəndlərində 3 səyyar həkim briqadası işləyir. Aksiyaya başlandığı gündən indiyədək müayinə edilən sakinlərin 1436 nəfəri ambulator, 111 nəfəri stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, 62 nəfər sakin daha geniş müalicə almaq üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Tibbi müayinələr kənd həkim məntəqələrində də yüksək səviyyədə təşkil olunub. Katex kənd həkim məntəqəsinin baş həkimi Firuzə Şibliyeva AzərTAc-a bildirib ki, aksiya çərçivəsində kəndin 18 yaşdan yuxarı 6 minədək sakininin müayinədən keçirilməsi nəzərdə tutulub. Artıq 2674 sakin tibbi müayinəyə cəlb olunub.
Bütün ölkə əhalisi kimi, balakənlilər də insanların sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı çox yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17

