Şəhərin mərkəzindəki köhnə tikililəri “yaşıl ada” əvəzləyəcək
20.03.2014 [09:51]
Yaxud, “Sovetski” adlanan ərazinin sökülməsini bir sıra amillər zəruri edir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkənin bütün bölgələrində, o cümlədən, paytaxt Bakıda çoxmiqyaslı quruculuq-abadlıq işləri reallaşdırılıb. Təkcə son bir neçə il ərzində dövlət başçısının təşəbbüsü ilə şəhərin elektrik enerjisi, istilik, su, mavi yanacaq təchizatının yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun yenilənməsi, həmçinin Bakının memarlıq görkəminin daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan böyük miqdarda maliyyə vəsaitləri ayrılıb. Bundan başqa, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı ayrıca Dövlət proqramları qəbul edilib və bu proqramlara uyğun olaraq müvafiq qurumlar tərəfindən böyük işlər görülüb.
Yüksək keyfiyyətlə reallaşdırılan layihələrinin nəticəsi olaraq isə paytaxtın və şəhərətrafı qəsəbələrin siması tamam dəyişib, infrastruktur təminatı xeyli yaxşılaşıb.
Lakin qeyd etmək yerinə düşər ki, Bakının meqapolis kimi formalaşmasının fonunda şəhərin mərkəzi hissəsində əsasən köhnə tikililərdən ibarət yaşayış sahələrinin qalması kəskin təzad təşkil edir. Və şəhərin mərkəzində müasirliklə uyğunlaşmayan yaşayış sahələrindən biri də “Sovetski” deyilən ərazidir.
Bu məqamda, xatırladaq ki, memarlıq, şəhərsalma və eləcə də, yaşayış normalarına qətiyyən cavab verməyən “Sovetski”nin sökülməsi təzə məsələ deyil. Ərazinin sökülməsi hələ ötən əsrin 60-70-ci illərindən gündəmə gəlsə də, bu və ya digər səbəblərdən Bakının baş planında nəzərdə tutulan söküntünü reallaşdırmaq indiyədək mümkün olmayıb. İllər boyu burada sakinlər ağır, çətin həyat sürmək məcburiyyətində qalıblar. Darısqallıq, vaxtilə tikililərin necə gəldi aparılması, bəzi hallarda isə ümumiyyətlə yaşayış üçün nəzərdə tutulmaması, infrastrukturun məhdud olması “Sovetski” sakinlərini ən adi rahatlıqlardan belə məhrum qoyub.
Ekoloqların, şəhərsalma mütəxəssislərinin qənaətləri də “Sovetski” deyilən ərazi ilə bağlı həyəcan təbili çalmağa əsas verir. Məsələn, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Sovetski”nin sökülməsinə münasibət ifadə edərək vurğulayıb: “Sovetski” adlanan ərazinin köçürülməsinə dəstək verilməlidir. Çünki, bu ərazilərin köçürülməsi, yerində parkların, yolların salınması, əlbəttə ki, ekoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir edəcək”.
Mütəxəssislərin barəsində həyəcan təbili çaldıqları “Sovetski”nin sökülməsi və beləliklə də, burada çətin həyat sürən sakinlərin arzularının çin olması isə yalnız indi reallaşıb.
Beləliklə, nəzərdə tutulan layihənin həyata keçirilməsi nəticəsində paytaxtımızın böyük bir ərazisi köhnə tikililərdən təmizlənəcək, göz oxşayan park, müasir nəqliyyat infrastrukturu şəhər sakinlərinin və qonaqların ixtiyarına veriləcək. Yeri gəlmişkən, dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi kimi tanınan memar Laura Peretti Bakının mərkəzində yeni parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Memarın təklif etdiyi layihə özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur.
Onun sözlərinə görə, “Sovetski”nin yerində reallaşdırılması nəzərdə tutulan layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də, artıq inşasına başlanmış tikililərin qorunub saxlanması planlaşdırılıb. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq. Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Yuxarıdan baxanda “Şəbəkə” gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək. Bütün bunlar isə şübhəsiz, paytaxtın gözəlliyinə əlavə rəng qatacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54

