Gəncədə Milli Qurtuluş Gününə həsr edilmiş beynəlxalq konfrans keçirilib
06.06.2014 [09:40]
Gəncədəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş “Riyaziyyat və İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçirilib. Gəncə şəhər İcra Hakimiyyəti ilə Gəncə Dövlət Universitetinin birgə təşkil etdikləri, həmçinin, İran, Türkiyə, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiya Federasiyası alimlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq respublikamızın müstəqillik tarixində əhəmiyyətli rol oynayan 15 iyun tarixinin müstəqilliyimizin qorunması və möhkəmlənməsində rolundan danışıb. İcra başçısı qeyd edib ki, 1993-cü ilin iyun ayının əvvəllərində baş verən hadisələr Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdə Surət Hüseynovun, digər tərəfdə Talış-Muğan respublikası yaratmaq xülyasında olan Əlikram Hümbətovun ambisiyaları, AXC-“Müsavat” cütlüyünün hakimiyyətdə olan səriştəsiz rəhbərlərinin kreslo uğrunda apardıqları mübarizə Azərbaycanın parçalanması üçün zəmin yaratmışdı. Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ümummilli lideri Heydər Əliyevə üz tutması təsadüfi deyildi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn dahi şəxsiyyət Azərbaycanı bütün bəlalardan xilas etdi. Həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanı qısa vaxt ərzində inkişaf etmiş dünya ölkələri sırasına çıxardı. İndi iftixarla demək olar ki, Azərbaycan bütün sahələrdə, o cümlədən, elm və təhsil sahəsində də uğurlu nailiyyətlərə imza atır. Bu beynəlxalq konfrans da məhz bu inkişafın göstəricisidir.
Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış edərək Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafı sahəsində gördüyü işlərdən danışıb.
Konfransda AMEA-nın Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA-nın riyaziyyat və mexanika institutunun elmi işlər üzrə direktor müavini Soltan Əliyev, Gürcüstanın Telavi Dövlət Universitetinin professoru Mariam Zakariaşvili, Bakı Dövlət Universitetinin dosenti Vaqif Qasımov və başqaları çıxış edərək müzakirə olunan mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30

