“Təmiz Binəqədi” layihəsinə start verilib
08.07.2014 [10:27]
İyul ayının 5-də Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub. Xatırlatmaq yerinə düşər ki, “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində paytaxtın Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verilib. Layihənin keçirilməsində əsas məqsədlərdən biri də qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmağa xidmət edir.
9-cu mikrorayon ərazisində salınan parkın açılışı münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Tədbir kiçikyaşlı uşaqların parkın açılışını bildirən lenti kəsməsilə başlayıb. Açılış mərasimi sülh və əminamanlıq rəmzi sayılan göyərçinlərin havaya buraxılması ilə müşayiət olunub.
Sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə sakinlərə ətraflı məlumat verib. Natiq “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində reallaşan bu tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işə öz töhfəsini verməsinin zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək böyük tədbirdə Binəqədi rayonunun və onun icra strukturları, habelə ictimai-siyasi təşkilatları və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır.
Sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılıb. Artıq komissiya öz işinə başlayıb və müvafiq iş planı tərtib olunub. Maraqlı burasıdır ki, iş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilib, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilib.
Tədbirlər planına əsasən, görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə, tədbirin populyarlaşmasına xidmət edəcək.
Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaq.
Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, “Təmiz Binəqədi” layihəsi, sadəcə, müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.
Tədbir tanınmış incəsənət ustalarının ifasında zövqoxşayan musiqi parçalarının ifası ilə davam edib. Sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramında səslənən mahnıların sədaları altında rayonun azyaşlı sakinləri - körpə fidanlar bir-birindən gözəl rəqslər nümayiş etdirib, öz ifaları ilə tədbirə əlavə rəng qatmışlar. Konsert proqramı əməkdar artist Ədalət Şükürovun ifası ilə yekunlaşıb, sonda atəşfəşanlıq olub. Ramazan ayının gəlişini və iftar vaxtını nəzərə alan tədbir təşkilatçıları oruclarını açmaq üçün sakinlərə şirniyyat, xurma və su paylayıb.
Sakinlər Binəqədi RİH tərəfindən başladılan “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətindən danışıb və parkın açılışından razılıqlarını bildiriblər, Binəqədi rayonunda get-gedə artan belə parkların salınması ilə sakinlərin istirahət və asudə vaxtlarını səmərəli keçirmək məqsədilə uzaq ərazilərdə yerləşən bağ və parklara üz tutmağa ehtiyac qalmadığına toxunaraq, elə öz həyətlərinin istirahət üçün əlverişli məkana çevrildiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

