Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “1969-cu il 14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir”

“1969-cu il 14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir”

15.07.2014 [10:20]

Qaradağ rayonunda bu mövzuda konfrans keçirilib
Qaradağ rayonunda “1969-cu il 14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli liderin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Heydər Əliyev tərəfindən yaradıldığını bildirib. Qeyd edib ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir respublikalar sırasına daxil olub. S.Mikayılov vurğulayıb ki, Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilən daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atılıb. Ümummilli lider Heydər Əliyev həm də böyük bir yolun başlanğıcını qoyub: “1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil dövlətin memarı və qurucusu kimi Azərbaycan tarixində Ümummilli lider səviyyəsində özünə yer tutmuşdur Ulu öndərin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün həqiqətə çevrilməkdədir”.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Ümummilli liderin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirib. Bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıdıb: “Dünya dövlətləri Azərbaycanla dostluğa söykənən əlaqələr qurmuşdur və bu, özünü bu gün də göstərir. Bütün bunlar Heydər Əliyevin ölkəmizə rəhbərliyi nəticəsində reallaşmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf proqramını hazırlamışdır və bu gün də ölkəmiz həmin proqrama əsasən inkişaf edir”.
Siyavuş Novruzov qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz sürətlə inkişaf edir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələrdə sürətli inkişafın başladığını bildirib. Qeyd edib ki, Heydər Əliyev xalqın içindən çıxdığı üçün xalqın potensialını çox gözəl bilirdi: “Ümummilli liderin idarəçilik, liderlik qabiliyyəti yüksək səviyyədə idi. Ulu öndər Heydər Əliyev insanlarla gözəl ünsiyyət yarada bilirdi, onların problemlərini dinləyir və həmin problemlərin aradan qaldırılmasının yollarını axtarıb tapırdı. Xalqın Heydər Əliyevə inamı sonsuz idi. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələrin paralel surətdə inkişafına xüsusi diqqət yetirdi. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində böyük uğurlar əldə olundu. Əhalinin əmək haqları artırıldı, insanlar daha rahat yaşamağa başladılar. Yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin Ulu öndərə təmənnasız məhəbbəti Onun gördüyü işlərin müqabilində minnətdarlıq hissinin ifadəsidir”.
Digər çıxış edənlər də Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun öz başlanğıcını məhz 1969-cu ildən - Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə götürdüyünü bildiriblər. Qeyd olunub ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə sovet respublikaları arasında öncül yerdə olub. Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirilib. Məhz həmin illərdə Azərbaycanda ən böyük abadlıq işləri görülüb, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan çoxlu binalar tikilib istifadəyə verilib. Ümummilli liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30