Məcburi köçkün ailələri onlar üçün yaradılmış şəraitdən razıdırlar
15.08.2014 [10:29]
Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən inşa olunan qəsəbə 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. İlkin mərhələdə məhəlləyə Qaradağ rayonunun Ümid qəsəbəsində müvəqqəti məskunlaşan 200 ailə köçürülür.
Məhəllədə tikilən üç yeni beşmərtəbəli binada mənzillərin 20-si birotaqlı, 90-ı ikiotaqlı, 80-i üçotaqlı, 10-u isə dördotaqlıdır.
Qəsəbənin ərazisində 220 yerlik məktəb binası da tikilib. Müasir standartlara tam cavab verən Laçın rayonu 7 saylı məcburi köçkün tam orta məktəbində şagirdlərin yüksək səviyyəli təhsil alması üçün bütün lazımi şərait yaradılıb. Burada laboratoriyalar, sinif və kompyuter otaqları, idman və akt zalları, kitabxana lazımi ləvazimatlarla təchiz olunub.
Məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Ağdam rayonundan məcburi köçkün Qənifes Bayramova deyib: “Mənim 83 yaşım var. İndiyə qədər mən bu cür gözəl evdə yaşamamışam. Bizim üçün bu cür gözəl şərait yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm, Allah Prezidentimizdən razı olsun, hər zaman başını uca etsin, canını sağ etsin!”.
Cəbrayıl rayonundan məcburi köçkün, ikinci qrup Qarabağ müharibəsi əlili Mehman Hüseynov: “Bu gün Ümid qəsəbəsinin sakinlərinin hər birinin sevincinin həddi-hüdudu yoxdur. Biz Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Prezidentimiz hər zaman problemlərimizin həllinə xüsusi diqqət və qayğı göstərir. Biz dövlətimizin başçısına güvənirik, əminik ki, bu cür sevinci öz doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq”.
Ümumiyyətlə, yeni qəsəbələrin salınması, paytaxtdakı yataqxanalarda yaşayan məcburi köçkünlər üçün çoxmərtəbəli binalar kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadratmetr sahədə 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb, 42 min ailənin və ya 210 min nəfər qaçqın və məcburi köçkünün yaşayış şəraiti yaxşılaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

