Bilik Fondu Gənc Alim və Mütəxəssislər Şurası ilə əməkdaşlıq edəcək
25.09.2014 [10:10]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qonaqlara rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Gənc alimlərin bu layihələrin icrasına qatılmalarının vacibliyi vurğulanıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gənc alimlərin fəaliyyətindən danışıb. Bildirilib ki, səkkiz ay əvvəl AMEA-nın tərkibində ictimai birlik kimi yaradılan şuranın akademiyanın bütün strukturlarını təmsil edən 52 üzvü var. Gənc Alim və Mütəxəssislər Şurası orta məktəblərdə elm guşələrinin, həmçinin ali təhsil müəssisələrində tələbə elmi cəmiyyətlərinin fəaliyyətinin gücləndirilməsində, şagirdlərin peşə seçimində, Azərbaycan alimlərinin uğurlarının xaricdə təbliğində Bilik Fondu ilə əməkdaşlıq etmək niyyətindədir.
Hər iki qurum birgə fəaliyyət planları barədə danışıb, müzakirələr aparılıb. Bilik Fondu Gənc Alim və Mütəxəssislər Şurasına əməkdaşlıq haqqında konkret təkliflərini təqdim edib. Gənc alimlər Bilik Fondunun təsis edəcəyi elmi-kütləvi jurnalda məqalələrlə çıxış edəcək, birgə elmi seminarlar təşkil olunacaq, forumlar, simpoziumlar, “dəyirmi masa”lar, bilik yarışmaları keçiriləcək.
Bilik Fondu “Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültəsinin filialları”, “Epizod”, “Məscid kitabxanası”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələrini gerçəkləşdirir. Bu layihələrdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının da iştirakı planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

