Bakıda IV Beynəlxalq televiziya festivalının açılış mərasimi keçirilib
25.09.2014 [10:11]
Sentyabrın 24-də Bakıda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə “TEFİ-Sodrujestvo” IV Beynəlxalq televiziya festivalının açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri açan Rusiya Televiziya Akademiyası Fondunun baş direktoru Etere Leviyeva festivalın iştirakçı ölkələrin xalqları arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. E.Leviyeva bildirib ki, festivalda MDB-nin 11 ölkəsinin televiziya kanallarından tanınmış rejissorlar, aparıcılar və mütəxəssislər iştirak edirlər. O, festivalın təşkil olunmasında dəstəyə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təşəkkür edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mərasimdə çıxış edərək festivalın Bakıda keçirilməsini yüksək qiymətləndirib. Ərəstun Mehdiyev festivalın şəhərimizin mədəni həyatında vacib hadisə olduğunu bildirib və Azərbaycanın regionda böyük mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb.
Festivalın ölkələrimiz arasında sıx dostluq əlaqələrinin bariz nümunəsi olduğunu deyən Prezident Administrasiyasının rəsmisi bunun eyni zamanda iştirakçıların Azərbaycanla daha yaxından tanış olmaları, təcrübə mübadiləsi baxımından yaxşı fürsət yaratdığını qeyd edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Faiq Hüsüyev bu festivalın televiziya kanalları arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib. O, Azərbaycanın Rusiya ilə səmimi dostluq əlaqələrini də qeyd edib.
Əslən Bakıdan olan məşhur kinorejissor Yuli Qusman dünyada Azərbaycan qədər ikinci qonaqpərvər ölkə görmədiyini deyib və festival iştirakçılarının şəhərimizdə çox səmimi münasibətin şahidi olacaqlarını bildirib.
MDB ölkələri televiziyalarının işlərinin təqdimatı məqsədilə keçirilən bu festivalda bir çox telefilmlərə baxış olacaq. Artıq ilk olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən çəkilən “Heydər Əliyev fondu 10 il” filmi təqdim olunub. Bundan əlavə, festival çərçivəsində Belarus, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldova və digər ölkələrin televiziya filmlərinə də baxış keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

