Azərbaycanın Bilik Fondu Ukraynanın Bilik Cəmiyyəti ilə əməkdaşlıq edəcək
29.10.2014 [10:04]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru professor Kuşereç Vasil İvanoviç və cəmiyyətin elmi katibi, Əməkdar jurnalist Vasilaşko Vasil Fyodoroviçlə görüşüb.
Bilik Fondunun fəaliyyəti barədə məlumat verən C.Musaoğlu bildirib ki, təmsil etdiyi qurum ölkədaxili layihələrlə yanaşı, xarici əlaqələrə də böyük üstünlük verir. Qloballaşan dünyanın tələbinə uyğun olaraq, elmdə, mədəniyyətdə, incəsənətdə ortaq nöqtənin tapılması vacibdir. Müxtəlif xalqların soy-kökündən ayrılmadan yaxınlaşması, bir-biri ilə işgüzar münasibət qurması bir çox problemlərin həllinə yardım edir. Təbii ki, bunun üçün ilk növbədə, hər ölkə daxildə mənəvi mühitin formalaşmasına nail olmalı, yeraltı və yerüstü sərvətlərdən əldə olunan gəliri insan kapitalının inkişafına yönəltməlidir.
Bilik Fondunun təmsilçisi Azərbaycanın məhz belə dövlətlərdən olduğunu xatırladaraq qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əhalinin maariflənməsi, biliklənməsi, nəticədə intellektual cəmiyyətin qurulması üçün gərəkli olan bütün addımları atılır. Bilik Fondunun yaradılması da məhz bunun təzahürüdür.
C.Musaoğlu Ukrayna Bilik Cəmiyyətini Azərbaycanın Bilik Fondu ilə əməkdaşlığa dəvət edib.
Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru Vasil İvanoviç əməkdaşlıq təklifindən məmnun olduğunu bildirib. O, deyib ki, Azərbaycanla Ukrayna daim dostluq-qardaşlıq şəraitində yaşayıblar. Bundan sonrakı əlaqələrin daha da genişlənməsi üçün qarşılıqlı layihələr həyata keçirməyə ehtiyac var. V.İvanoviç rəhbərlik etdiyi cəmiyyətin gördüyü işlərdən danışıb. Məlum olub ki, Ukrayna Bilik Cəmiyyəti ianələr əsasında fəaliyyət göstərir və bu cür maliyyələşmə böyük layihələrə imza atmağa imkan vermir. Buna baxmayaraq, qurum Ukrayna cəmiyyətinin inkişafına xidmət edən maraqlı layihələr həyata keçirir.
Cəmiyyətin elmi katibi, Vasil Fyodoroviç də öz növbəsində görüşdən olduqca razı qaldığını söyləyib. Azərbaycan barədə geniş məlumata malik olduğunu deyən V.Fyodoroviç Bakının gözəl şəhərlərdən olduğunu vurğulayıb.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri, kitablar veriblər.
Onu da xatırladaq ki, Bilik Fondu Praqada “Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərgi keçirməyə hazırlaşır. Dekabrın əvvəlində keçiriləcəyi planlaşdırılan sərgidə Azərbaycana aid geoloji minerallar, suxurlar, xəritələr, kitablar nümayiş olunacaq. Sərgidə Azərbaycanı tanınmış geoloqlar təmsil edəcək.
Fond Türkiyə ilə əlaqələrə daha böyük önəm verir. 8-16 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində 33-cü Beynəlxalq Kitab Yarmarkası keçiriləcək. Xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirak edəcəyi Yarmarkaya Bilik Fondunun nümayəndəsi də qatılacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

