Kuzey Kıbrıs şəhid ailələri və qaziləri “Yeni Azərbaycan” qəzetinin qonağı olublar
29.10.2014 [10:06]
Ertan Ersan: Əminəm ki, yaxın dövrdə ölkənizin ərazi bütövlüyü təmin olunacaq və haqq-ədalət öz yerini tapacaq
Dünən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Sadəttin Topukçu və “Kuzey Kıbrıs şəhid ailələri və məlul qaziləri dərnəyi”nin sədri Ertan Ersan, eləcə də dərnəyin üzvləri Mevin Erdoğan, Gürsel Benan, Emine Deyirmençioğlu və Eser Ecevit “Yeni Azərbaycan” qəzetinin qonağı olublar.
Görüş iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanda Şimali Kiprə böyük maraq göstərildiyini bildirib. Baş redaktor vurğulayıb ki, müharibədə şücaətlər göstərən qazilər hər cür yüksək ehtirama layiqdirlər. Hikmət Babaoğlu qonaqlara Azərbaycan həqiqətləri barədə məlumat verib. Bildirilib ki, ölkəmiz son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük sosial-iqtisadi inkişafa nail olub. Baş redaktor, həmçinin, qonaqlara ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasəti haqqında da məlumat verib və bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması naminə böyük səy göstərir, danışıqlar prosesinin məntiqi sonluqla nəticələnməsinə çalışır.
Çıxışında Ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” kəlamını da xatırladan baş redaktor Hikmət Babaoğlu əlavə edib ki, bu gün Türk dünyasının inkişafı məhz bu prinsipə əsaslanır.
Sonra “Kuzey Kıbrıs şəhid ailələri və məlul qaziləri dərnəyi”nin sədri Ertan Ersan rəhbərlik etdiyi qurumla bağlı məlumat verib. Bildirilib ki, dərnək 1975-ci ilin yanvar ayında təsis olunub. Dərnək rəhbəri ailəsinin Şimali Kipr müharibəsində 5 şəhid verdiyini dilə gətirib. Müharibədə qazi olan E.Ersan bildirib ki, 20 ildir bu dərnəyə rəhbərlik edir. Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri soyqırımının ağrı-acısını kiprlilərin də yaşadığını bildirən E.Ersan deyib: “Dərnəyimizdə şəhid övladları və şəhid olmuş insanların xanımları da təmsil olunur. Xüsusi vurğulamaq lazımdır ki, bu gün Şimali Kiprdə müharibədə şəhid verməyən ailə tapılmaz. Olduqca ağır günlər keçirmişik. Artıq bütün bunlar arxada qalıb. İnanırıq ki, gələcəkdə hər yerdə sülh və əmin-amanlıq bərqərar olacaq. Azərbaycan da müharibədən əziyyət çəkən ölkələrdəndir. Əminəm ki, yaxın dövrdə ölkənizin ərazi bütövlüyü təmin olunacaq və haqq-ədalət öz yerini tapacaq”.
Görüşdə “Kuzey Kıbrıs şəhid ailələri və məlul qaziləri dərnəyi”nin üzvləri də çıxış edərək ölkəmizdə qarşılaşdıqları xoş rəftara və yüksək qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Məsələn, dərnəyin sədr müavini, şəhid ailəsi Nevin Erdoğan çox acılar yaşadıqlarını bildirib: “Həyat yoldaşım Rıfat Erdoğan 24 dekabr 1963-cü il tarixində itkin düşüb. O, gecə bizə baş çəkmək üçün evə gəlmişdi. Düşmənlər evə hücum etdilər. Həyat yoldaşımı yaralı halda apardılar. Həmin gündən etibarən ondan xəbər ala bilmədik.
Həmin dəhşətli olay baş verəndə həyat yoldaşımın 26, mənimsə 21 yaşım var idi. 3 uşaqla tək-təha qalmışdım. Şükür, onları böyütdüm. Bura gələndə bilirdim ki, bir çox Azərbaycan qadınları da oxşar taleyi yaşayıblar. Onların da həyat yoldaşları, övladları, qardaşları itkin düşüb, şəhid olub. Acılarımız, ağrılarımız eynidir”.
“Kuzey Kıbrıs şəhid ailələri və məlul qaziləri dərnəyi”nin sədr müavini, şəhid oğlu Eser Ecevit müharibə dövrünü xatırlayaraq bildirib ki, son dərəcə dəhşətli hadisələri öz gözləri ilə görüb: “Kıbrıs Türk xalqının varlığının qorunmasında şəhidlərimizin, o cümlədən mənim atamın da böyük xidmətləri olub. Onlar öz qanları ilə bir tarix yazıblar. Məhz şəhidləmiz sayəsində bugünkü nəsillər Kıbrıs türkünün haqlı mübarizəsini daha çox insana çatdırmaq məqsədi ilə sidq-ürəkdən çalışır və hədəfə doğru irəliləyirlər. Eyni soyqırımlar dost və qardaş Azərbaycanda da yaşanıb. Biz çalışmalıyıq ki, bir daha bu cür soyqırımlar, vəhşiliklər təkrarlanmasın. Elə bir ölkədə, elə bir dünyada yaşamaq istəyirik ki, daim insanlarımızın üzü gülsün. Atalar şəhid olmasın, uşaqlar yetim qalmasın, anaların göz yaşları axmasın. Bu arzularla bütün şəhidlərimizin qarşısında sayğı ilə baş əyirəm”.
Müharibədə ömür-gün yoldaşını itirən dərnək üzvü Eminə Degirmençioğlu isə deyib: “Müharibə Şimali Kiprdə bütün ailələrin qapısını döyüb. O illər mənim yaddaşımda da acı xatirələr qoyub. Müharibədə həyat yoldaşımı, digər yaxınlarımı itirmişəm. Mənəvi iztirablarla yanaşı, həm də ağlagəlməz maddi sıxıntılar yaşamışıq. Müharibə məhrumiyyətlərini yaşayan bir qadın kimi, mən heç bir xalqa, heç bir anaya şahidi olduğum dəhşətləri arzulamıram. Qoy Yer üzündə bütün insanların qisməti əmin-amanlıq, sülh içində yaşamaq olsun”.
Şəhid oğlu, dərnək sədrinin yardımçısı Gürsəl Benan isə ürək sözlərini belə ifadə edib: “Torpağı işğala məruz qalan, şəhidlər verən Azərbaycanın ağrı-acısı bizə də yaxşı məlumdur. Biz Azərbaycanı və azərbaycanlı qardaşlarımızı özümüzün bir parçası sanırıq və həmişə də sizin məmləkətinizdən xoş soraqlar eşitməyi arzulayırıq. Bakıya böyük sevgi hissi ilə gəlmişik, eyni zamanda, burada özümüzə qarşı böyük diqqətin şahidi oluruq. Azərbaycanın, Bakının belə yüksək sürətlə inkişaf etməsini müşahidə etmək bizə qürur verir. Doğma məmləkətimiz sandığımız Azərbaycana, burada yaşayan bütün insanlara sülh, əmin-amanlıq arzulayıram”.
Sonda qəbul üçün “Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğluna öz təşəkkürünü bildirən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi S.Topukçu deyib ki, ölkəsində baş vermiş qətliamlar bəşər tarixinin ən ağlasığmaz soyqırımlarındandır: “Kuzey Kıbrısdakı Türk xalqı bu qətliamları heç bir zaman unutmayacaq. Qəhrəman mücahidlərimiz, bu soyqırımlardan sağ-salamat çıxan qazilərimiz gənc nəsillərə bu haqda danışaraq qətliamların unudulmaması üçün əllərindən gələni edirlər. Mən sonda bir daha sizə öz dərin təşəkkürümü bildirirəm ki, bizi qəbul edib Kuzey Kıbrısdakı türklərin dərdinə şərik oldunuz. Bu dərd bizim ümumi dərdimiz, ümumi acımızdır. Acılar isə paylaşdıqca azalır”.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

