Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədi və Nəsimi rayonundan olan 90 məktəbli Dövlət Bayrağı Gününü Qubada qeyd edib

Binəqədi və Nəsimi rayonundan olan 90 məktəbli Dövlət Bayrağı Gününü Qubada qeyd edib

12.11.2014 [09:50]

Bakının Binəqədi və Nəsimi rayonlarından olan 90 məktəbli Dövlət Bayrağı Gününü Qubada qeyd edib.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Azərbaycanın şimal bölgəsinə səfər edən məktəblilər noyabrın 9-da Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında qarşılanıblar.
Rayon haqqında ətraflı məlumat aldıqdan sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəliblər. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, dördmərtəbəli mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.
Daha sonra Gənclər Mərkəzi ilə tanış olan məktəblilər burada xatirə şəkilləri çəkdiriblər.
Binəqədi və Nəsimi rayonlarından olan IX-XI sinif şagirdləri Qubanın, Qusarın və Xaçmazın görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30