Gözdən Əlillər Cəmiyyətinin şahmat və dama klubunun açılışı olub
14.11.2014 [09:35]
Əsaslı təmir olunan klubda görmə qabiliyyəti məhdud olan insanlara lazımi şərait yaradılıb
Məlum olduğu kimi, hər il 13 noyabr tarixi bütün dünyada, o cümlədən, Azərbaycanda Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, dinamik iqtisadi tərəqqi dövrünü yaşayan ölkəmizdə Prezident İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi diqqət və qayğı əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlillərin də sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə imkan yaradır.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir.
Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır.
Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Belə ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb.
Bir sözlə, yuxarıda da vurğuladığımız kimi, Azərbaycan dövləti sosial cəhətdən həssas əhali qrupuna, o cümlədən, gözdən əlillərə xüsusi diqqət və qayğı göstərir. Elə dünən Xətai rayonu ərazisində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Dama və Şahmat Federasiyasının şahmat və dama klubunun açılışı da buna bariz sübutdur. Məlumat üçün bildirək ki, açılış mərasimində Nazirlər Kabinetinin, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Gözdən Əlillər Cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib ki, belə bir günün təsis olunmasında məqsəd ictimaiyyətin, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin diqqətini görmə qabiliyyəti məhdud olan insanların problemlərinə və onların cəmiyyətə inteqrasiya prosesinə cəlb etməkdir.
Onun sözlərinə görə, Azərbaycan dövləti gözdən əlil insanların sosial inkişafına, onların təhsil, səhiyyə, idman sahələrində problemlərinin həllinə, cəmiyyətə adaptasiya olunmalarına xüsusi diqqət yetirir: “Bu klubun əsaslı təmir olunaraq istifadəyə verilməsi də bizə olan diqqət və qayğının nəticəsidir. Təşkilatımıza məxsus olan bu məkan təmirsiz olduğu üçün demək olar ki, tələblərimizə cavab vermirdi və buna görə də istifadə edilmirdi. Bu məsələyə diqqət göstərdiyi üçün hökumətin məsul şəxslərinə, o cümlədən klubu öz vəsaiti hesabına təmir edən “Kristal Abşeron” MMC-nin təsisçisi Məhayət Nəbiyevə təşəkkürümüzü bildiririk. Bu, ölkəmizdə yaşayan 40 min gözdən əlil insanlar üçün hədiyyədir. Çünki burada onlar dama və şahmatla məşğul olacaqlar. Bunlar idmanın maraqlı növlərindən biridir. Bizim idmançılar bu klubun açılışı nəticəsində dama və şahmatla daha dərindən məşğul olacaq, yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə biləcəklər. Bu, həmçinin, ölkəmizdə idmanın inkişafının bariz göstəricisidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli şəkildə inkişaf edir. Məhz bu inkişafın nəticəsi olaraq sosial sferada uğurlar əldə edilir, əhalinin sosial müdafiəsi gücləndirilir” - deyə, S.Abdullayev vurğulayıb.
Tədbirdə çıxış edən “Kristal Abşeron” MMC-nin təsisçisi Məhayət Nəbiyev öncə klubun açılışı münasibətilə görmə məhdudiyyəti olan insanları təbrik edib. O qeyd edib ki, Azərbaycan dövləti sahibkarlığın inkişafına ciddi dəstək göstərir. Bu dəstəyin sayəsində iş adamlarının uğurlar qazandığını deyən M.Nəbiyevin fikrincə, sahibkarlar daim sosial proqramlarda, xeyriyyəçilik işlərində də yaxından işirak etməlidirlər. M.Nəbiyev istifadəyə verilən şahmat və dama klubunun gözdən əlillər üçün gözəl məkan olacağına əminliyini ifadə edib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxışında bildirib ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, ölkəmizdə sosial statusundan asılı olmayaraq bütün təbəqələrin idmanla məşğul olması üçün zəruri addımlar atılır. Gözdən əlillər üçün dama və şahmat klubunun istifadəyə verilməsi də məhz bunun göstəricisidir.
Daha sonra klubun rəmzi açılışını bildirən qırmızı lent kəsilib. İştirakçılar klubun şəraiti ilə tanış olublar. Belə ki, burada görmə qabiliyyəti məhdud olan insanlar üçün bütün imkanlar yaradılıb. Elə açılış günü də onların bəziləri dama və şahmat oyunlarında öz güclərini sınayıblar.
Həmsöhbətimiz olan Gözdən Əlillər Cəmiyyətinin Dama və Şahmat Federasiyasının rəhbəri, SSRİ idman ustası Camal Cabbarov bildirib ki, bu klub şahmata və dama oyunlarına maraq göstərən gözdən əlil insanlar üçün gözəl məkan olacaq. Onun sözlərinə görə, rəhbərlik etdiyi federasiyanın idmançıları son illərə qədər Cənubi Qafqaz ölkələri üzrə keçirilən yarışlarda uğur qazana bilmirdilər. Amma ötən il bu vəziyyət dəyişib və bizim idmançılar üç ölkə arasında birinciliyi əldə ediblər. Onun sözlərinə görə, üç ölkə arasında yarışlar həmişə Gürcüstanda keçirilir.
Cənubi Qafqaz ölkələri üzrə ötən il dama yarışında birinciliyi əldə edərək maksimum xal toplayan 16 yaşlı Famil Kamilli də bu cür klubun açılışından məmnundur. O hesab edir ki, bu klub sayəsində peşəkarlığını və qazandığı nəticələri daha da artıracaq. “Mən yarışlarda dörd ermənini məğlub etdim və birincliyi əldə etdim. Bundan sonra bu kluba müntəzəm gələrək idmanın dama növü üzrə məşğul olacağam və təcrübəmi artırmağa çalışacam. İnanıram ki, uğurlarımı da artıra biləcəyəm. Mən bu klubun istifadəyə verilməsində əməyi olan bütün insanlara təşəkkür edirəm” - deyə, F.Kamilli qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01

