“Kənardan baxanda Azərbaycanın uğurları əlçatmaz kimi görünür”
13.12.2014 [11:41]
Sevlan Hüseynov: İndiyə kimi qazandığım bütün uğurların kökündə azərbaycanlı olmağım dayanır
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, güclü diaspor təşkilatlarının formalaşması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəallığının artırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla bağlı son illərdə görülən işlər müsbət nəticələr verir. Azərbaycanlı icmasının və diaspor təşkilatlarının uğurla fəaliyyət göstərdiyi ölkələrdən biri də Özbəkistandır. Müsahibimiz bu ölkədə yaşayan azərbaycanlı, Özbəkistan ictimaiyyətində kifayət qədər nüfuzu olan Sevlan Hüseynovla söhbətimizdə də həm bu, həm də bir sıra digər məsələlərlə bağlı danışdıq.
- Sevlan müəllim, istərdik, əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verəsiniz...
- Mən 2000-ci ildən Özbəkistanın Daşkənd şəhərində yaşayıram. Özbəkistanda fəaliyyət göstərən diasporamızın işində yaxından iştirak etmişəm və bu gün də eyni yöndə fəaliyyətimi davam etdirirəm. Bundan başqa, təkcə Özbəkistan Respublikasında deyil, həm də Qırğız Respublikasında biznes fəaliyyəti ilə məşğul oluram. İndiyə kimi qazandığım bütün uğurların kökündə isə heç şübhəsiz azərbaycanlı olmağım dayanır. Yəni, hər bir addımı atanda düşünürəm ki, mən azərbaycanlıyam və burada Azərbaycanı təmsil edirəm. Həm də fəxr edirəm ki, mənim bu cür gözəlləşən, günü-gündən inkişaf edən bir məmləkətim var. Və ölkəm haqqında hər zaman olduğum yerlərdə, digər millətlərdən, digər xalqlardan olan insanların arasında danışıram. Onlar da məni hər zaman böyük heyranlıqla dinləyirlər. Çünki onların özlərinə də maraqlıdır ki, Azərbaycan bu qədər inkişafa bu qısa müddət ərzində necə nail olub. Belə olanda mən deyirəm ki, Azərbaycanın müstəqilliyinin əsasını qoyan Heydər Əliyev kimi Ümummilli liderimiz və Onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyev var.
- Bu gün Azərbaycan diasporunun Özbəkistan Respublikasında və ümumiyyətlə, Orta Asiyada fəaliyyəti hansı səviyyədədir?
- Bilirsiniz, son illərdə Özbəkistanda Azərbaycan diasporası çox böyük işlər görüb. Ölkəmizin Özbəkistan Respublikasındakı səfirliyinin ətrafında sıx birləşən diasporamızın üzvləri Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin, Azərbaycan ictimai fikrinin təbliği ilə bağlı çox ciddi işlər görürlər. Özbəkistanda bu gün ən böyük mədəniyyət mərkəzi məhz Azərbaycan Mədəniyyət Mərkəzidir. Həmin Mədəniyyət Mərkəzini hər gün yüzlərlə insan ziyarət edir. Ölkəmiz haqqında dolğun məlumat almaq istəyən insanlar mədəniyyətimizə, incəsənətimizə, ölkəmizin bu günə kimi keçdiyi yola, bu gününə və gələcəyinə çox böyük maraq göstərir, hər vəchlə onun haqqında məlumat əldə etmək istəyirlər. Bundan başqa, 2003-cü ildən etibarən Özbəkistan Dövlət televiziyasında hər ayın sonuncu şənbə günündə “Azərbaycan töhfələri” adlı veriliş efirə gedir. Həmin veriliş də Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyatının, adət-ənənələrinin Özbəkistan cəmiyyətinə çatdırılması baxımından olduqca gözəl bir vasitədir. Eyni zamanda, diasporamız Orta Asiyada, ələxüsus da Özbəkistanda mədəni-kütləvi tədbirlərin keçirilməsində, bayramların qeyd olunmasında əsl birlik nümayiş etdirir. Belə demək mümkündürsə, diasporamız son illərdə çox ciddi işlərə imza atıb. Bu olduqca təbiidir, çünki ölkəmiz günü-gündən daha da inkişaf edir və bu inkişafı yaxın, uzaq hamı görür.
- Ümumiyyətlə, Özbəkistanda nə qədər azərbaycanlı yaşayır?
- Özbəkistanda hardasa 12000 nəfərdən artıq azərbaycanlı yaşayır. Bunlar əsasən Özbəkistan vətəndaşlarıdır. Hər bir azərbaycanlı yaşadığı regionda aktiv şəkildə fəaliyyət göstərir. Diasporamızın demək olar ki, hər bir regionda - Buxarada, Xarəzmdə, Nəvaidə, Səmərqənddə təşkilatları mövcuddur ki, bu da həmin regionlarda yaşayan həmvətənlərimizin bir araya gəlmələri üçün münbit şərait yaradır.
- Özbəkistan dövlətinin Azərbaycan diaspor təşkilatlarının faliyyətinə, onların gördüyü işlərə münasibətini necə qiymətləndirirsiniz?
- Özbəkistan dövləti həm adət-ənənələrimiz yaxın olduğuna, həm də tarixən millətlərimiz qonşu olduğuna görə bizlərə çox doğma və isti münasibət göstərir. Özbəkistanda yaşayan azərbaycanlılar özlərini öz vətənlərindəki kimi rahat hiss edirlər. Mən bunu xüsusi ilə qeyd etməliyəm ki, Özbəkistan dövlətinin, onun rəhbərliyinin, şəxsən ölkə Prezidenti İslam Kərimovun ölkəmizə, xalqımıza qarşı münasibəti yüksək olduğundan, bədnam qonşularımızın hələ də bu ölkədə səfirliyi açılmayıb və qeyd olunub ki, işğal olunan Azərbaycan torpaqları azad olunmayana kimi bu ölkədə Ermənistanın səfirliyi açılmayacaq. Bu isə açıq-aşkar ölkəmizə dəstəkdir. Mən hər zaman hər yerdə bunu xüsusilə vurğulayıram ki, bizim diasporamıza dəstəyin bariz bir göstəricisi də, məhz bu ölkədə Ermənistan səfirliyinin açılmamasıdır. Bu gün Ulu öndər Heydər Əliyevin anım günüdür. Özbəkistanın bir sıra şəhərlərində anım günü ilə bağlı çox yüksək səviyyədə tədbirlər həyata keçirilir. Bu anım gününün keçirilməsində də Özbəkistan rəhbərliyinin böyük dəstəyini biz hər zaman hiss etmişik və bu gün də hiss etməkdəyik.
- Özbəkistandan baxanda Azərbaycan necə görünür?
- Özbəkistandan və ümumiyyətlə, xaricdən ölkəmizə baxanda Azərbaycan olduqca möhtəşəm görünür. Bakımızın və eyni zamanda, regionlarımızın günü-gündən inkişaf etməsi, aparılan abadlıq-quruculuq işləri, salınan yollar, tikilən körpülər onu deməyə əsas verir ki, ölkəmizdə yüksək səviyyədə inkişaf gedir. İnsanların maddi rifah halı gün keçdikcə daha da yaxşılaşır. Kənardan isə demək olar ki, bu uğurlar əlçatmaz kimi görünür.
- Bildiyimiz kimi, 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Siz Ulu öndər Heydər Əliyevi necə xatırlayırısız?
- Mən 1979-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişəm. Həmin dövrdə Ulu öndər artıq 10 il idi ki, ölkəyə rəhbərlik edirdi. Yadıma gəlir, həmin dövrdə ölkə rəhbərliyinin Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi ilə bağlı əmri var idi. Ulu öndər hər bir rayonu, hər bir kəndi qarış-qarış gəzir, sadə kənd zəhmətkeşləri ilə görüşür, onlarla söhbət edirdi. Belə bir şərəfə mən də nail olmuşam. Sov.İKP MK-nın Baş katibi L.Brejnevin Bakıya səfəri zamanı respublikamızın paytaxtında kənd təsərrüfatı məhsullarının sərgisi keçirilirdi. Biz də həmin vaxt Xanlar (indiki Göygöl) rayonunda xüsusi növ piramidaşəkilli üzüm salxımları yetişdirmişdik. Ulu öndər bizim işimizi çox yüksək qiymətləndirdi və bizə Öz təşəkkürünü əlini bizim kürəyimizə vurmaqla bildirdi. Bu, mənim həyatımda ala biləcəyim ən böyük mükafat idi.
O, bütün sahələri mükəmməl bilirdi. Ulu öndər kənd təsərrüfatının elə incəliklərini bilirdi ki, istənilən bir kənd təsərrüfatı üzrə elmlər doktoru Onun suallarına cavab verə bilməzdi. Ona görə də, Onun qurduğu, yaratdığı Azərbaycan dövləti sürətlə inkişaf edir. Yaxın, uzaq bütün dövlətlər bunu artıq görürlər, dərk edirlər. Bu inkişaf modelini öz dövlətlərinə tətbiq etmək arzusunda olan dövlətlər də çoxdur. Hər dəfə Azərbaycana gələndə bu inkişafı hiss edirəm və Ulu öndərimizin bir sözünü xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”
Söhbətləşdi: Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

