Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabirabadda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Sabirabadda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

06.01.2015 [09:48]

Yeni ilin ilk iş günündən - yanvarın 5-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildiriblər ki, Sabirabad “ASAN xidmət” mərkəzi Şirvan şəhərində, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 minə yaxın vətəndaşa xidmət göstərir.
Hazırda ölkə üzrə 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30