47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçiriləcək
14.01.2015 [09:38]
İyulun 20-dən 29-dək Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək.
Təhsil Nazirliyindən AzərTAc-a bildirilib ki, olimpiadanın təşkilat komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan bilik yarışında dünyanın 80-ə yaxın ölkəsindən nümayəndələr iştirak edəcəklər. Bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə nazirlik tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın sədrliyi ilə təşkilat komitəsi yaradılıb. Eyni zamanda, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.
Qaydalara əsasən, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarına X-XI sinif şagirdləri cəlb ediləcəklər. Turların yekun mərhələsinin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər.
Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə suallar M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq.
Yanvarın 18-də keçiriləcək ilk seçim turunda şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün üç saat vaxt veriləcək. Suallar siniflər üzrə məktəb proqramına uyğun qapalı test formatında hazırlanacaq.
Zona mərhələsinin təşkilat komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumtəhsil müəssisələri arasından seçiləcək. Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən təşkilat komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. Otuz sualın cavablandırılması üçün şagirdlərə dörd saat vaxt ayrılacaq.
Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə də iştirak edəcək şagirdlər zona mərhələsinin nəticələri nəzərə alınmaqla, təşkilat komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara dörd saat vaxt ayrılacaq.
Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan beş gün sonra elan olunması nəzərdə tutulur. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə beş ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edirlər. Bu günədək onlar beş qızıl, beş gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (httr://icho2015.msu.az/) istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

