Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Uşaqlar üçün ekoloji laboratoriya

Uşaqlar üçün ekoloji laboratoriya

04.02.2015 [09:56]

Uşaqlara erkən yaşlardan təbiətə qayğının aşılanması onların gələcəkdə bitki və heyvanat aləminin qoruyucuları kimi yetişmələrinə imkan verir. IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsinin fevralın 14-də keçiriləcək növbəti təlimi də məhz uşaqların heyvanlarla tanışlığına və onlarda heyvanlara qarşı sevgi hissinin aşılanmasına həsr ediləcək.
İctimai Birlikdən AzərTAc-a verilən məlumata görə, təlim zamanı uşaqlar ev heyvanlarına qayğı göstərməyin, onları bəsləməyin və yetişdirməyin sirlərini öyrənəcəklər. Onlara heyvanlar barədə maraqlı faktlar və məlumatlar izah olunacaq. Uşaqlar, həmçinin müxtəlif oyunlar və müsabiqələr vasitəsilə öz “kiçik dostları” barədə biliklərini nümayiş etdirəcəklər. Bununla yanaşı, uşaqlar əyani şəkildə ev heyvanı ilə tanış olacaq, onu yemləmək və qayğısına qalmaq imkanı əldə edəcəklər.
Layihənin ənənəsinə uyğun olaraq, laboratoriyanın gedişində “kiçik ekoloqlar” üçün laboratoriya tədqiqatları, müxtəlif bilik yarışmaları və maraqlı oyunlar da təşkil olunacaq, həmçinin kiçik incəsənət nümunələri yaratmaq üçün şərait yaradılacaq.
Təlim uşaqlara əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə verəcək.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən İctimai Birliklə əlaqə saxlamaları xahiş olunur (Telefon: 497-63-16).
Növbəti təlimlər barədə elanlar mütəmadi olaraq mətbuatda dərc olunacaq.

Paylaş:
Baxılıb: 789 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30