“Yeni Həyat” paytaxtın simasını gözəlləşdirən layihələrini davam etdirir
20.03.2015 [11:16]
“Fəaliyyətinə 2002-ci ildə başlayan “Yeni Həyat” Şirkətlər Qrupu bu gün artıq Azərbaycanın inşaat sektorunun liderlərindən birinə çevrilib. Ötən illər ərzində şirkət bir sıra uğurlu layihələrə imza ataraq, yalnız yeni binalar deyil, yeni həyat tərzini əks etdirən yaşam və iş ortamlarını istifadəyə verib. Hazırda bu binalar gündən-günə inkişaf edən və böyüyən paytaxtımıza xüsusi yaraşıq verməkdədir”. Bu fikirləri “Yeni Həyat” Şirkətlər Qrupunun (ŞQ) İdarə Heyətinin sədri Fərid Əsədov “Four Season” mehmanxanasında keçirilən şirkətin yeni istehsalçı tərəfdaşlarla əməkdaşlıq sazişinin imzalanması mərasimində səsləndirib. Onun sözlərinə görə, “Yeni Həyat” ŞQ hazırda ümumi sahəsi 1 milyon m2-dən artıq olan tikinti layihələrini həyata keçirir. “Park Azure”, “Grand Hayat”, “Hayat Palace” və “Həyat Towers” layihələri paytaxtın müxtəlif istiqamətlərində reallaşdırılmaqdadır. Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Park Azure”da tikinti işləri artıq başa çatmaq üzrədir. Buradakı mənzillərin, demək olar ki, hamısı artıq satılıb. Tbilisi prospektindəki “Grand Hayat” və İzmir küçəsində yerləşəcək “Hayat Palace”da isə tikinti işləri qarşıdakı illərdə başa çatdırılacaq. “Həyat Towers” layihəsi isə, adından da göründüyü kimi, həm iş mərkəzi, həm də yaşayış üçün nəzərdə tutulur. Paytaxtın Həzi Aslanov yaşayış sahəsində inşa olunacaq bu çoxmərtəbəli tikili öz dizaynı və memarlıq üslubu ilə paytaxta xüsusi yaraşıq verəcək.
Natiq qeyd edib ki, şirkətin reallaşdırdığı bütün layihələrində istifadə olunan tikinti materiallarının təqribən 95 faizi yerli materiallardır. Belə ki, inşaat işlərində “AAC” şirkətinin istehsal etdiyi Gobustone hörgü bloklarından, “Spark” şirkətinin istehsalı olan betondan, “GÖKNUR-BAKI” şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı kabellərdən istifadə olunur. Elə bu məqsədlə də adıçəkilən şirkətlərin rəhbərləri ilə bir araya gələrək, yeni əməkdaşlıq müqaviləsi imzalamaq qərarına gəliblər.
Fərid Əsədovun sözlərinə görə, sözügedən razılaşma inşaat layihələrinin gedişinə mənfi təsir edəcək halların qarşısını almaqla yanaşı, ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Həm “Yeni Həyat” Şirkətlər Qrupu tikinti layihələrini uğurla davam etdirəcək, həm də sazişi imzalayan şirkətlər istehsal güclərini qoruyacaqlar. Digər tərəfdən isə bu, həm də manatın devalvasiyasından sonra ŞQ-nin inşa etdiyi mənzillərin qiymətinin sabit qalmasına səbəb olacaq. O qeyd edib ki, hazırda şirkətin tikdiyi yaşayış kompleksləri üzrə mənzillərin Azərbaycan Beynəlxalq Bankının sərfəli ipoteka şərtləri ilə satışı həyata keçirilir və ipoteka kreditləri əvvəl olduğu kimi, yenə də manatla verilir. Şərtlərdə isə heç bir dəyişiklik yoxdur.
Tədbirdə çıxış edən “Spark” MMC-nin müdiri Əbdürrəhman Madakbaş bildirib ki, dollar/manat məzənnəsində olan dəyişiklik inşaat sənayesinə və mənzil tikintisi sektoruna da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq, başlanılmış bütün böyük inşaat layihələri başa çatdırılmalıdır. Bu baxımdan yerli istehsalçıların üzərinə də bir öhdəlik düşür. Biz də bu şəraitdə gücümüz çatan qədər qiymətlərimizi dəyişdirməmək üçün çalışırıq. İnanırıq ki, yaxın gələcəkdə daha ciddi problemlər olmayacaqdır. Onun sözlərinə görə, hazırda “Spark” Beton zavodunun aylıq istehsal gücü 40-45 min m3 təşkil edir ki, bunun da böyük bir hissəsi “Yeni Həyat” Şirkətlər Qrupunun reallaşdırdığı layihələrin icrasına yönəlir.
“AAC” MMC-nin baş direktoru İsrail Asaliyev isə qeyd edib ki, bu gün imzalanacaq saziş sifarişçi və istehsalçı şirkətlər arasında münasibətlərdə yeni bir mərhələ olacaq. Onun sözlərinə görə, əsas odur ki, əməkdaşlıq zamanı şirkətlər qiymət məsələsində spekulyasiyaya yol verməsinlər. Belə ki, inşaat və tikinti materialları istehsalı sənayesi həssas bir sektor olduğundan, burada qiymətlərdəki spekulyasiyalar gələcəkdə bu sahələrdə qeyri-müəyyənlik yarada bilər. O, “Yeni Həyat” şirkətlər qrupu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını və gələcək illərdə də bu əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib.
Tədbirdə iştirak edən “GÖKNUR BAKI LTD” MMC-nin baş direktoru Rahib Rzayev də “Yeni Həyat” ŞQ ilə uğurlu əməkdaşlıqdan razılığını ifadə edərək bildirib ki, manatın devalvasiyasına baxmayaraq, müəssisədə istehsal olunan kabellərin qiymətlərində heç bir artım gözlənilmir. Onun sözlərinə görə, buna səbəb son vaxtlar dünya bazarlarında kabellər üçün əsas xammal olan misin qiymətinin aşağı düşməsidir. Digər tərəfdən isə istehlak bazarındakı müştərilərini itirməməkdən ötrü müəssisə rəhbərliyi belə qərara gəlib ki, öz mənfəətini bir qədər azaltsın. Bu isə kabellərin satış qiymətinin əvvəlki həddə saxlanmasına şərait yaradacaq.
Tədbirin davamında “Yeni Həyat” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Fərid Əsədov, “AAC” MMC-nin baş direktoru İsrail Asaliyev, “Spark” MMC-nin müdiri Əbdürrəhman Madakbaş, “GÖKNUR BAKI LTD” MMC-nin baş direktoru Rahib Rzayev arasında əməkdaşlıq sazişi imzalanıb. Sonra tədbir iştirakçıları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

