/ / İlk Avropa Oyunları zamanı idman obyektlərinin yaxınlığında yaşayan sakinlərə parkinq icazəsi vərəqələri mayın 15-dən sonra veriləcək
İlk Avropa Oyunları zamanı idman obyektlərinin yaxınlığında yaşayan sakinlərə parkinq icazəsi vərəqələri mayın 15-dən sonra veriləcək
25.04.2015 [11:38]
“Bakı-2015” ilk Avropa Oyunları zamanı idman obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlara parkinq icazəsi vərəqələri mayın 15-dən sonra veriləcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 24-də Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov deyib.
İlk Avropa Oyunları zamanı Bakıda bütün yollara heç bir məhdudiyyətin qoyulmayacağını bildirən Xalid Ələkbərov vətəndaşların istədikləri ünvanlara rahat gedə biləcəklərini vurğulayıb. Qeyd edib ki, ictimai nəqliyyat Avropa Oyunları zamanı əvvəlki rejimdə fəaliyyət göstərəcək. Parkinq vərəqəsi olmayan vətəndaşlara avtomobillərini qadağan olunan yerlərdə saxlamamaları məsləhət görülür. Həmin avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançalarına aparılacaq.
Şöbə müdiri qeyd edib ki, parkinq icazəsi vərəqələrini əldə etmək üçün vətəndaşlar müvafiq mənzil kommunal istismar sahələrinə müraciət etməlidirlər. Onlar şəxsiyyət vəsiqəsinin, avtomobili təsdiq edən texniki pasportun surəti və yaşayış yerindən arayış təqdim etməklə bu vərəqələrə sahib ola bilərlər.
Xüsusi hazırlanmış parkinq icazəsi vərəqələrinin avtomobillərin ön şüşəsinə yapışdırılacağını bildirən Xalid Ələkbərov həmin vərəqə itdikdə və zədələndikdə yenisi ilə əvəz olunmayacağını diqqətə çatdırıb. Şöbə müdiri deyib: “Həmin vərəqələrə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət edəcəklər. İdman obyektlərinin ətrafı xüsusi zonalara bölünüb. Həmin zonalara ayrıca giriş-çıxış məntəqələri var. Bu ərazilərdə xüsusi nişanlar quraşdırılacaq. Hər bir idman obyekti nömrələnib. Parkinq icazəsi vərəqəsində göstərilən nömrə obyektin nömrəsi ilə üst-üstə düşmədikdə həmin avtomobillər ərazidən uzaqlaşdırılacaq”.
Yol kənarında avtomobillərin parkinq edilməsinin qanunsuz olduğunu bildirən şöbə müdiri ilk Avropa Oyunları ərəfəsində qanunu pozan vətəndaşlara böyük məbləğdə cərimələrin tətbiq ediləcəyini diqqətə çatdırıb.
Bütün parkinq ərazilərinin sxemi Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı-2015” ilk Avropa Oyunlarının saytında yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

