/ / İntellektual yarış görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunub
İntellektual yarış görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunub
29.04.2015 [10:22]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı rayonu İcra Hakimiyyəti və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Bakıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş respublika üzrə “Qələbəyə doğru” intellektual yarışın final oyunu keçirilib.
İştirakçılar əvvəlcə, Ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlayıb.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir. XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atıb, dünya oftalmologiya məkanında yaxından tanınıb.
Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın ömür yolundan söhbət açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın ictimai və elmi həyatında əvəzsiz xidmətləri olan bir çox ziyalıları var. Bu tanınmış və nüfuzlu şəxsiyyətlər öz humanizmi, zəhməti, tarixi keçmişimizə, milli adət-ənənələrimizə ehtiramları ilə sözün əsl mənasında vətəndaşlıq nümunəsinə çevrilmişlər. Onlar milli dəyərlərə arxalanaraq, Azərbaycanın dünyada tanınması üçün çox işlər görmüşlər. Qədirbilən Azərbaycan xalqı onları hər zaman yad edir, xatirələrdə yaşadır.
H.Hüseynova uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində intellektual yarışların xüsusi rolunu vurğulayıb. Bildirilib ki, gənclər, məktəblilər dəyərli ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılığını öyrənməli, onlardan nümunə götürməlidirlər. Bu müsabiqələr məktəbliləri daha da fəallaşdırır, sərbəst fikir yürütmələrinə, təşəbbüskar olmalarına kömək edir. İntellektual yarışların davamlı olaraq keçirilməyi nəzərdə tutulur.
Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi.
Professor Sevinc Hacıyeva bildirib ki, insanlara təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli ömür-gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.
Qeyd edək ki, aprelin 6-dan 16-dək 7 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilib. Bu turlarda fərqlənən 20 komanda final yarışında iştirak etmək hüququ qazanıb. Final oyununda hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər (biri sağlamlıq imkanları məhdud uşaq olmaqla) məktəbli iştirak edib. Final yarışında I, II, III yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb, qalib komandaya “Qələbəyə doğru” kuboku təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

