“Əl-ələ tut gedək” kompozisiyasının təqdimatı olub
30.04.2015 [09:56]
Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist, tanınmış şairə Sona Vəliyevanın sözlərinə yazılmış “Əl-ələ tut gedək” adlı kompozisiyanın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Sona Vəliyeva ilə müğənni-bəstəkar Xumar Qədimovanın sayca ikinci işi olan “Əl-ələ tut gedək” adlı maraqlı kompozisiyasını çox güclü və təsirli sənət əsəri adlandırıb.
O deyib ki, bundan əvvəl də bu, iki yaradıcı insanın birgə işi olan “Şükür ki, ölməmişəm” adlı mahnını dinləmişdim. “Əl-ələ tut gedək” kompozisiyası isə daha dərin, fəlsəfi səpkili bir əsər olaraq, özündə tariximizi, bu günümüzü və sabahımızı əks etdirir. Güclü təsir bağışlamaqla yanaşı, insanı düşündürür. Kompozisiyada Xumar Qədimova ilə birgə Xalq artisti Alim Qasımovun da səsi eşidilir, şeiri isə Xalq artisti Nurəddin Mehdixanlı səsləndirir. Sözsüz ki, əsərin belə mükəmməl alınmasında bu güclü sənətkarların da rolu olub.
İnsanda unudulmaz hisslər oyadan kompozisiya müəllifin özünün etiraf etdiyi kimi, “Bu dağın o üzündə, Ceyran otlar düzündə, Mən yarımı sevirəm, Qara xal var üzündə” qədim xalq mahnısının sözlərindən təsirlənərək yazılıb.
Sona Vəliyeva deyib: “Mənim yazdığım bu şeir Xumar Qədimovanın ürəyində gözəl hisslər oyadıb. Ona görə də, belə dəyərli bir iş ortaya qoyub. Azərbaycanın dərdi böyükdür, işğal olunan torpaqlar hamımızındır. Bu, dərd bizi həmrəy olmağa, bir olmağa çağırır. Düşünürəm ki, hisslərimi, duyğularımı şeirə köçürmüşəm. Oxuyan oxuyur, oxumayanların isə bundan xəbəri olmur. Amma mahnı elə bir janrdır ki, onu hamı eşidir, hamı dinləyir. Mən də, bu baxımdan Xumar xanıma təşəkkürümü bildirirəm”.
Bu layihəyə bütün ruhunu, ürəyini qoyduğunu deyən Xumar Qədimova “Əl-ələ tut gedək” şeirinin onda oyatdığı ülvi hisslərdən, yazdığı mahnının özəlliyindən söz açıb: “Düşünürəm ki, olduqca maraqlı bir iş alınıb. Mən rejissora da minnətdarlığımı bildirirəm. Əsl qiyməti isə dinləyicilər verəcək. Bu bizim son işimiz deyil. Sona xanımla daha bir möhtəşəm layihə üzərində işləyirik”, - deyə ifaçı vurğulayıb.
Sonra klip nümayiş olunub.
Kompozisiyanın rejissoru Ramil Ağasıyevdir.
Tədbir çərçivəsində X.Qədimovanın “Əl-ələ tut gedək” adlı diskinin də təqdimatı keçirilib. Alboma müğənninin 15 mahnısı daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

