“Alov Qoruyanlar”
09.05.2015 [12:53]
Ölkəmizdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri uğurla davam etdirilir. Artıq bu mötəbər yarışlara sayılı günlər qalır. Sevindirici haldır ki, ilk Avropa Oyunlarını ictimai təşkilatlarla yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də dəstəkləyirlər. Həyata keçirilən ilk Avropa Oyunlarının könüllü proqramı gənclərin “Bakı-2015” birinci Avropa Oyunlarına qoşulmaları və beynəlxalq arenada Azərbaycanı dəstəkləmələri üçün gözəl imkan yaradacaq. Könüllülərin ilk Avropa Oyunlarında “Alov Qoruyanlar” kimi tanınmaları isə gənclərimizə ölkəmizin qonaqpərvərliyinə və idman entuziazmına töhfə verməkləri üçün yeni imkanlar yaradacaq.
Bildiyiniz kimi, artıq bir neçə gündür ki, “Yeni Azərbaycan” qəzeti “Alov Qoruyanlar” adlı yeni rubrikaya start verib. Bu rubrikada ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Azərbaycanın bayrağını zirvələrə qaldıran bütün idmançılarla fəxr edirik”. Bunu “CNİM” Azərbaycan şirkətində operator vəzifəsində çalışan, “Bakı-2015”in könüllüsü Cəfər Yusifov deyib: “İdmana böyük marağım var. İdman oyunlarını da böyük həvəslə izləyirəm. İdmançılarımızın qazandıqları uğurlar isə hər bir gənc kimi, məni də sevindirir. Onlarla fəxr edirəm. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, vətənimizin adını uca tuturlar. İlk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi isə olduqca sevindirici haldır. Bu mötəbər tədbiri səbirsizliklə gözləyirəm. Eşidəndə ki, bu Oyunlarda yaxından iştirak etmək imkanım olacaq çox sevindim. Dərhal müsabiqələrə qatıldım və “Bakı-2015”in könüllüləri sırasına qoşuldum. Mən fəxr edirəm ki, hazırda könüllülərin sırasındayam və az da olsa bu Oyunlara töhfə vermiş olacam”.
“İdman sağlamlığın təməlidir. Bu baxımdan, sağlam yaşamaq istəyənlər idmanla məşğul olmalıdırlar. Bunun üçün isə ölkəmizdə hər cür şərait var”. Bunu qəzetimizə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Aysel Əsədova deyib: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, hesab edirəm ki, böyük bir tarixi hadisədir. Hər bir gənc kimi məni də istər son zamanlar idmançılarımızın qazandıqları nailiyyətlər, istərsə də Oyunlarda iştirakımız olduqca çox sevindirir. Güləş, boks, ağırlıqqaldırma üzrə bir sıra yaddaqalan nailiyyətlər əldə edirik. Atletlərimiz beynəlxalq arenalarda Azərbaycanın bayrağını ucaldır, himnimizi səsləndirirlər. Bu isə ölkəmizin daha da tanınmasına səbəb olur. Biz könüllülərin bu Oyunlarda iştirakı isə hesab edirəm ki, olduqca vacibdir. “Bakı-2015”in könüllüləri bununla fəxr edirlər”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

