Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi” adlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub

“Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi” adlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub

19.06.2015 [09:35]

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsini elan edib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi” mövzusuna həsr olunmuş müsabiqənin məqsədi Azərbaycan mülki aviasiyasının inkişaf mərhələlərinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazılarla dərc olunan yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalı, müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim etməli, qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalı, yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməli kimi tələblər qoyulub.
Xatırladaq ki, qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Qaliblər: I yer - 1000 manat, II yer - 800 manat, III yer - 600 manat məbləğində mükafat alacaq.
Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcəkdir. Qaliblər, həmçinin “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında əlavə məlumat üçün www.kivdf.gov.az saytına müraciət edə bilərsiniz.

 
Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30