“Mətbuat: tarix və müasirlik” mövzusunda “dəyirmi masa”
10.07.2015 [09:58]
Görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı xalqımızın maarifləndirilməsində mühüm rol oynayıb. Bu gün “Əkinçi” ənənələri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Şahbuz rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Oğuz səsi” qəzetinin redaksiyasında mətbuatın 140 illik yubileyi münasibəti ilə keçirilən “Mətbuat: tarix və müasirlik” mövzusunda “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Azərbaycan milli mətbuatının keçdiyi yol”, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov “Mətbuat: tarix və müasirlik” və “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva “Muxtar respublikada mətbuata dövlət qayğısı” mövzularında çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, milli mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib.
Qeyd olunub ki, Azərbaycanda mətbuatın inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlunun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə mətbuat orqanlarının müstəqil fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu gün Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafı sahəsində ardıcıl tədbirlər görülür.
Bildirilib ki, kütləvi informasiya vasitələrinin inkişafına göstərilən böyük diqqət və qayğıdan Naxçıvan mediasına da xeyli pay düşüb. Mətbuata göstərilən qayğıdan Azərbaycanın qocaman mətbuat orqanlarından biri olan “Şərq qapısı” qəzeti, eləcə də muxtar respublikada nəşr olunan şəhər və rayon qəzetləri də bəhrələnib, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublikanın Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzeti redaksiyası və Ali Məclisin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilib, əməkdaşlar üçün müasir iş şəraiti yaradılıb, qəzetlərin rəngli nəşrinə başlanılıb. Bütün bunlarla yanaşı, qəzet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Son illər jurnalistlərin əməkhaqları dəfələrlə artırılıb, redaksiyalara yeni xidməti avtomobillər, müasir texniki avadanlıqlar verilib.
Vurğulanıb ki, mətbuata göstərilən dövlət qayğısından “Oğuz səsi” qəzeti də yararlanıb, son illərdə qəzet redaksiyasında maddi-texniki baza yenilənıb, qəzet əməkdaşlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Bununla yanaşı, redaksiyaya gənc kadrların cəlb edilməsi də diqqət mərkəzində saxlanılıb, əməkdaşların peşəkarlığının yüksəldilməsi istiqamətində tədbirlər görülüb.
“Oğuz səsi” qəzetinin keçmiş əməkdaşlarından Şəmsəddin Kərimov, Çərkəz Məhərrəmov və Xanlar Səfərəliyev çıxış edərək Azərbaycan milli mətbuatının keçdiyi yoldan danışıb, çalışdıqları dövrlə bu günü müqayisə edərək, muxtar respublikada mətbuata göstərilən dövlət qayğısının nümunə gücündə olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

