“Bu proqramda iştirak edəcəyimə görə çox həyəcanlıyam”
17.07.2015 [11:40]
Beynəlxalq Yay Məktəbinin tələbələri ilə müsahibə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə cari ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələr üçün “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı Beynəlxalq Yay Məktəbi layihəsi keçirməyi planlaşdırır.
İyulun 21-dən avqustun 1-dək keçirilməsi nəzərdə tutulan Beynəlxalq Yay Məktəbində iştirakçılar Azərbaycanın tarixi, dili, etnoqrafiyası, mədəniyyəti haqqında biliklərə yiyələnməklə yanaşı, Azərbaycanın regionlarına səfər edəcək, müxtəlif etnik qrupların adət-ənənələri ilə yerində tanış olacaq ki, bu da nəticədə tələbələrə Azərbaycan multikulturalizmi haqqında praktik biliklərini zənginləşdirmək imkanı yaradacaq. Beynəlxalq Yay Məktəbi ərəfəsində həm xarici ölkə universitetlərini, həm də ölkəmizi təmsil edən tələbələrdən bu tədbirdən gözləntilərini soruşduq.
Litva Vytautas Magnus Universitetinin tələbəsi, Gediminas Laskauskas bildirdi ki, Beynəlxalq Yay Məktəbindən ən əsas gözləntim Azərbaycanın gözəl mədəniyyəti və ənənələri ilə tanışlıqdır: “Başqa sözlə, mən bu Yay Məktəbinin Azərbaycanın milli mədəni xüsusiyyətlərini, tarixini öyrənmək, görmək və hiss etmək üçün doğru yer olduğuna inanıram. İkinci və çox mühüm məqsəd maraqlı, tolerant, dostsevər, müxtəlif mədəniyyətlərə sahib olan insanlarla, həmçinin, ekspertlərlə, siyasətçilərlə və başqa sahələrin mütəxəssisləri ilə tanışlıqdır. Son olaraq, mən özüm də iki ölkə, Litva və Azərbaycan arasında ayrıca körpü qurmaq istərdim. Bu müxtəlif formatlarda ola bilər, akademik və ya şəxsi. Mənim bu ölkəyə və ümumiyyətlə Qafqaz regionuna ilk səfərimdir. Şəxsi təcrübəmdən və beynəlxalq münasibətlər sahəsində olan tədqiqatlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycan müxtəlif forumlarda, mədəni və idman tədbirlərində fəal iştirak edərək öz beynəlxalq imicini artırır. Bu ölkənin müasirliklə birləşmiş zəngin mədəni irsi var və ölkə regionun əsas dövlətinə çevrilib. Azərbaycan multikulturalizm ideyalarını təbliğ edir, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edir. Buna görə də mən səbirsizliklə Azərbaycana gəlməyimi gözləyirəm. Paytaxt Bakı dünyada sürətlə inkişaf edən şəhər kimi tanınır. Mənə orada təkçə turizm yerləri deyil, həmçinin, kənd həyatını və etnik qrupların kompakt yaşadığı yerləri də görmək maraqlıdır. Qafqaz dağlarını görmək imkanının olması da çox maraqlıdır. Bu yaxınlarda Yay Məktəbinin proqramı ilə tanış olmuşam və etiraf etməliyəm ki, müxtəlif mühazirələrin, fəaliyyətlərin, mövzuların və gedəcəyimiz şəhərlərin sayı məni heyran edib”.
İtaliya Neapol II Federiko Universitetinin tələbəsi Karlo Kotaldo qeyd etdi ki, mənim Beynəlxalq Yay Məktəbindən gözləntilərim multikultural mühitlə, dünyanın fərqli ölkələrindən gələn insanlarla, fərqli fikirlərlə tanış olmaq, öz şəxsi bacarıqlarımı inkişaf etdirmək və gələcəkdə mənim karyerama faydalı ola biləcək əlaqələr yaratmaqdır: “Sözün düzü, “Erasmus” tələbə mübadiləsi proqramından əvvəl mənim Azərbaycan haqqında çox məlumatım yox idi, mən azərbaycanlıları tanıdıqca, bu ölkə ilə maraqlanmağa başladım. Onlar öz mədəniyyətləri haqqında danışanda, bu məni çox təsirləndirdi və qürurlandırdı. Mən öyrəndikcə bu ölkənin inkişaf etmiş və böyük potensiala malik olduğunu gördüm. Mən Azərbaycan milli mətbəxinin dadına baxmaq istəyirəm, Azərbaycanda olan mənzərələri, guşələri görmək və sadə azərbaycanlılarla söhbət etmək istəyirəm. Məhz bunlar mədəniyyətin və ənənələrin ən gözəl göstəricisidir. Proqram çox yaxşı balanslaşdırılıb, dinamikanı çox sevdim. Mühazirələr və səyahətlərarası cədvəl çox yaxşıdır. Proqram bir çox sahəni əhatə edir, tarixdən incəsənətə, dindən idmana kimi hər şey öz əksini tapıb. Mən bu proqramda iştirak edəcəyimə görə çox həyəcanlıyam”.
Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Tokay Əhmədov Beynəlxalq Yay Məktəbindən gələcək karyera üçün yeni tanışlıq əldə etmək imkanlarını gözlədiyini söylədi.
Gəncə Dövlət Universitetinin tələbəsi Raksana Bayramova bildirdi ki, gözləntilərim çoxdu: “Ən əsası, yeni dostlar qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaq, eyni zamanda, ölkəmizi, mədəniyyətimizi xarici ölkə nümayəndələrinə tanıtmaq, Azərbaycan multikulturalizmini daha dərindən öyrənmək, təbliğ etmək, birlikdə gözəl və səmərəli vaxt keçirmək və s. Düşünürəm ki, Yay Məktəbi biz gənclərə çox şey qazandıracaq”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

