/ / Millət vəkilləri Məlahət İbrahimqızı və Sevinc Hüseynova Elvin Əsgərovun toy mərasimində iştirak ediblər
Millət vəkilləri Məlahət İbrahimqızı və Sevinc Hüseynova Elvin Əsgərovun toy mərasimində iştirak ediblər
23.07.2015 [09:29]
Mərasim YAP Sabirabad rayon təşkilatı və Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub
Ötən il iyulun sonu-avqustun əvvəllərində cəbhə xəttində Ermənistan hərbçilərinin təxribat hərəkətlərinin qarşısını alarkən bir neçə hərbçimiz həlak olmuş, bəziləri isə yaralanmışdı. Döyüşlər zamanı ağır yaralanan əsgərlərin bir neçəsi müalicə üçün Türkiyəyə göndərilmişdi. Həmin əsgərlər qardaş dövlətin qayğısı ilə əhatə olundu və tam sağalaraq ölkəyə qayıtdılar. Əsgərlərimiz Türkiyədə müalicə olunarkən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri onları ziyarət edib, səhhətləri ilə maraqlanmışdılar. Həmin əsgərlərdən biri də Elvin Mayıl oğlu Əsgərovdur. İyulun 21-də Elvin Əsgərovun Sabirabad rayonunda toy mərasimi olub. Toy YAP Sabirabad rayon təşkilatı və Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Toyda Milli Məclisin deputatları - YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova, Sabirabad rayonunun və YAP Sabirabad rayon təşkilatının rəhbərliyi iştirak ediblər.
Bu hadisə ilə bağlı təəssüratlarını bölüşən Məlahət İbrahimqızı bildirib ki, belə bir mərasimdə iştirak etmək çox xoşdur: “Elvin bizim qəhrəman əsgərlərimizdəndir. Ötən il ermənilərin təxribatçı hərəkətlərinin qarşısının alınmasında böyük şücaət göstərib. O, döyüşlərdə ağır yaralandı, müalicə üçün Türkiyəyə göndərildi. Çox şükürlər olsun ki, əsgərlərimiz sağlamlıqlarına qovuşdular. Onlar hələ Türkiyədə müalicə alarkən biz əsgərlərimizi ziyarət etdik. İndi bu gəncin xeyir işində iştirak edirik”.
Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman belə məsələlərə həssaslıqla yanaşır. Onun sözlərinə görə, çünki bu bizim vətəndaşlıq borcumuzdur: “Partiyamızın rəhbər şəxsləri, millət vəkilləri, o cümlədən, YAP Qadınlar Şurasının nümayəndələri bu kimi tədbirlərdə iştirak edirlər. Biz belə qəhrəman oğullarımızla fəxr edirik. İnanırıq ki, məhz belə oğullarımızın sayəsində Qarabağı işğalçılardan azad edəcəyik. Görünən budur ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən, Minsk qrupunun həmsədrləri münaqişənin ədalətli həllinə o qədər də maraqlı deyillər. Ona görə də, biz torpaqlarımızı işğalçılardan azad etməyə hazır olmalıyıq və hazırıq da”.
M.İbrahimqızı qeyd edib ki, Elvin Əsgərovun toy mərasimi yüksək əhval ruhiyyədə keçib: “Rayon sakinləri üçün bu toy yaddaqalan oldu. Biz də bu toyda iştirak etdik, onun və ailəsinin sevincinə şərik olduq”.
Millət vəkili Sevinc Hüseynova da Elvinin toyundan xoş təəssüratlarla ayrıldığını bildirib. Onun sözlərinə görə, belə qəhrəman oğulların xeyir işində iştirak etmək çox xoşdur: “İnanırıq ki, qəhrəman əsgərlərimizin sayəsində torpaqlarımızı işğalçılardan azad edəcəyik. Belə toy mərasimləri də həmin torpaqlarda təşkil olunacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

