Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli mətbuatın 140 illik yubileyi muxtar respublikanın bütün rayonlarında təntənəli mərasimlərlə qeyd olunub

Milli mətbuatın 140 illik yubileyi muxtar respublikanın bütün rayonlarında təntənəli mərasimlərlə qeyd olunub

24.07.2015 [09:30]

Azərbaycan milli mətbuatının 140 illik yubileyi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında təntənəli mərasimlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Şərur rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək, rayonda işıq üzü görən “Şərurun səsi” qəzetinin inkişaf tarixindən danışıb.
Babək rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək mətbuata Ulu öndər Heydər Əliyev tərəfindən göstərilən qayğıdan danışıb. Bildirib ki, bu gün mətbuata qayğı ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da mətbuatın fəaliyyətinə geniş şərait yaradılması Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sadiqliyin nəticəsidir.
“Şərqin səhəri” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti Hafizə Əliyeva qəzetin tarixi haqqında danışaraq bildirib ki, 1978-ci ilin oktyabrında Babək rayonu yaradılıb, bir qədər sonra, 1979-cu il yanvar ayının 1-də rayonun “Əmək bayrağı” adlı qəzeti fəaliyyətə başlayıb. Qəzet 1992-ci ildən “Şərqin səhəri” adı ilə çap olunur.
Ordubad rayonunda da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov, “El həyatı” qəzetinin redaktor əvəzi Abbas Seyid, icra hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış ediblər.
Milli mətbuatın 140 illik yubileyi münasibətilə Culfa rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, mətbuatın inkişafı sahəsində Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlər həyata keçirilib. Təməli 1935-ci ildə qoyulan “Arazın səsi” qəzetinin inkişaf mərhələsi 1995-ci ildən başlayıb. Muxtar respublika rəhbərinin mətbuatın inkişafına göstərdiyi yüksək diqqət və qayğı “Arazın səsi” qəzetinin də fəaliyyətində böyük rol oynayıb.
Sonra “Arazın səsi” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti Hüseyn Şəkərəliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti Fərəc Fərəcov, müharibə veteranı, “Arazın səsi” qəzetinin sabiq redaktor müavini Cəfər Əliyev mətbuat orqanlarına göstərilən dövlət qayğısından danışıb, rayonun mətbu orqanı olan “Arazın səsi” qəzetinin keçdiyi yoldan bəhs ediblər.
Kəngərli rayonunda “Yeni həyat” qəzetinin əməkdaşlarının və ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə rayon icra hakimiyyətinin başçısı Ramiz Cəfərov jurnalistləri bayram münasibətilə təbrik edib, mətbuatın keçdiyi uzun və şərəfli yoldan danışıb.
“Yeni həyat” qəzetinin məsul katibi Ramiz Qasımov çıxışında qeyd edib ki, muxtar respublikada söz, fikir və məlumat azadlığı yüksək səviyyədə təmin edilib. Kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir.
Şahbuz rayonunda keçirilən tədbiri Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq mətbuat işçilərini bayram münasibətilə təbrik edib, Azərbaycanda, eləcə də muxtar respublikada mətbuata göstərilən dövlət qayğısından danışıb.
“Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva Azərbaycanın mətbuat orqanlarına göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə “Oğuz səsi” qəzetinin keçmiş əməkdaşlarından Xanlar Səfərəliyev, Qaşdar Əliyev çıxış ediblər.
Milli mətbuatımızın 140 illik yubileyi sərhəd bölgəsi olan Sədərək rayonunda da qeyd olunub. Bu münasibətlə keçirilən tədbiri Sədərək rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb. Vurğulayıb ki, bu gün müstəqil Azərbaycan dövləti əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuata diqqət və qayğı muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib.
“Oğuz yurdu” qəzetinin redaktoru Sərxan İsmayılov bildirib ki, rayon icra hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzetinin ilk nömrəsi 2000-ci ildə işıq üzü görüb. İlk illərdə kiçik ölçüdə və ayda iki dəfə buraxılan qəzet hazırda ayda dörd sayı ilə oxucularının görüşünə gəlir. Sərhəd bölgəsinin ictimai, siyasi, mədəni həyatını olduğu kimi işıqlandırmağa çalışan qəzet rayonun güzgüsü olmağa çalışır.

 
Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30