Kamal Abdullayev Nabranda yay məktəbinin iştirakçıları ilə görüşüb
29.07.2015 [09:57]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” adlı beynəlxalq yay məktəbi iyulun 28-də Nabran Təhsil İstirahət Mərkəzində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin iştirakçılarla görüşü ilə yekunlaşıb. BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın moderatorluğu ilə keçən ədəbi görüşdə Əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə, Azərbaycan Yaradıcılıq Fondunun nümayəndəsi, şair Qismət Rüstəmov iştirak edib.
R.Qeybullayevanın ümumi təqdimatından sonra N.Rəsulzadə və Q. Rüstəmov yay məktəbinin iştirakçılarına əvvəlcə öz yaradıcılıqları, eləcə də, Azərbaycan ədəbiyyatı haqqında ümumi məlumat verib.
Dövlət müşaviri K.Abdullayev yay məktəbinin iştirakçılarını salamlayıb. Akademik bildirib ki, görüşə məhz Natiq Rəsulzadə və Qismət Rüstəmovun çağırılması təsadüfi deyil: “Onlarla kitabın müəllifi Natiq Rəsulzadə Azərbaycan prozasını Avropada və dünyada çox yaxşı təmsil edir. Qismət, sadəcə, şair deyil, həm də yaxşı ədəbiyyatçıdır, sözü hiss edir. O, gənc olmasına baxmayaraq, artıq Azərbaycan ədəbiyyatında öz yerini tutub. Rəhilə xanım tənqid və ədəbiyyatşünaslıq sahəsində böyük uğurlar qazanaraq təkcə ölkəmizdə deyil, Amerika, Avropa və Yaponiyada da tanınıb, oranın məşhur universitetlərində mühazirələr oxuyub. Hesab edirəm ki, bu ədəbiyyatçılarla tanışlıq sizə Azərbaycanın müasir prozası və poeziyası ilə tanış olmağa imkan yaradacaq”.
K.Abdullayev deyib ki, Azərbaycan ədəbiyyatı “Kitabi-Dədə Qorqud”dan başlayıb: “Azərbaycan ədəbiyyatçıları “Kitabi-Dədə Qorqud”un şinelindən çıxıb. Bu, zaman tanımayan əsərdir. Bu dastanın bəzi məqamları antik yunan mifoloji motivləri ilə eynilik təşkil edərək, bizi qədim mifologiya dövrünə aparır. Alman alimi Haynrix Fridrix fon Dits də qeyd edib ki, “Kitabi-Dədə Qorqud”da bəzi motivlər qədim yunan mifləri ilə paraleldir. Bu dastanın Avropada nəşrinin və tanınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi Sərəncam imzalayıb. Diqqətinizi bu faktlara yönəltməklə bildirmək istəyirəm ki, Azərbaycanın Renessans ədəbiyyatının nümayəndələri Nizami, Nəsimi, Füzuli bu əsərdən mənəvi şəkildə yararlanıblar. Sonda bir misalla fikrimi yekunlaşdırmaq istəyirəm: XII əsrdə Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaradan və hələ o zamandan bütün dünyada məşhur olan Nizami Gəncəviyə yazdığı əsərə görə hökmdar hədiyyə olaraq Afaq adlı kəniz göndərib. Nizami həmin qadına aşiq olub və onunla evlənib. Bu qadın tamam başqa mədəniyyətin daşıyıcısı, başqa xalqın nümayəndəsi idi. Bu, əsl multikulturalizm hadisəsidir”.
BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında Azərbaycanda kitab nəşrinin müasir durumu ilə bağlı tələbələrə məlumat verib. Sonda yay məktəbi iştirakçılarının sualları cavablandırılıb, hər bir ölkənin nümayəndəsi öz dilində şeirlər söyləyib.
Beynəlxalq yay məktəbinin Nabran hissəsinin bağlanışı iştirakçıların arasında keçirilən “Yallı” rəqs müsabiqəsi ilə başa çatıb, bütün tələbələr müxtəlif davranış nominasiyaları üzrə seçilərək mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54

