Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilib

Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilib

30.07.2015 [10:00]

Dövlət Sosial Müdafiə Fondunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda giriş nitqi söyləyən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Azərbaycanda uğurla reallaşdırılan sürətli islahatlar strategiyasından bəhs edərək ölkəmizin həyatının bütün sahələrində mühüm nailiyyətlər qazanıldığını, davamlı tərəqqi və dayanıqlı iqtisadiyyatın təmin edildiyini deyib.
Prezident İlham Əliyevin ümumxalq mənafeyinə xidmət edən düşünülmüş siyasətinə uyğun olaraq respublikamızda əldə olunan iqtisadi potensialın məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldildiyini qeyd edən Fond sədri vurğulayıb ki, bu siyasətin prioritet istiqamətlərindən biri kimi pensiya təminatı sistemi ötən dövrdə mütərəqqi beynəlxalq təcrübə əsasında yenidən qurulub, pensiyaçıların sosial müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Fond sədri əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin birinci yarısında da ölkəmizdə uğurla aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq yüksək nəticələr əldə olunduğunu, iqtisadiyyatın dinamik inkişafının davam etdiyini söyləyib.
Bu əsasda sığorta-pensiya sisteminin də cari ilin 6 ayını müvəffəqiyyətlə başa vurduğunu diqqətə çatdıran E.Mehdiyev Fondun hesabat dövrü ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında Fondun gəlirləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 mln. manat və ya 3,2 faiz artaraq 1466,5 mln. manata yüksəlib. Hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin birinci yarısı ilə müqayisədə 8 faiz və ya 64,3 mln. manat artaraq 870,2 mln. manat təşkil edib. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 65,3 faizini və ya 568,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 49,1 mln. manat artıqdır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2015-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 1 iyul 2015-ci il tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

 
Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30