Bakı Ali Neft Məktəbinin tələbələri “Neft Daşları”nda təcrübə keçirlər
01.08.2015 [10:19]
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi üzrə ikinci və üçüncü kursda təhsil alan 15 tələbəsi tədris ili ərzində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (“Neft Daşları” NQÇİ) tanışlıq və istehsalat təcrübəsi keçirlər.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, ikinci kurs tələbələri üçün 15 gün, üçüncü kurs tələbələri üçün isə iki ay müddətində tanışlıq məqsədilə təşkil olunan istehsalat təcrübəsi tələbələrin asudə vaxtları nəzərə alınmaqla davam edəcək.
Təcrübə proqramı çərçivəsində “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, idarə rəisinin sosial işlər üzrə müavini Zeynal Abdullayev, təcrübə proqramının rəhbəri, “Neft Daşları” NQÇİ-nin neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Zabit Əhmədov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış şəraitdən danışıb və gənclərə müvafiq təlimatlar veriblər. Həmçinin görüşdə BANM tələbələri üçün yaradılan imkanların və verilən praktik biliklərin onların gələcək karyeralarında əhəmiyyəti qeyd edilib. Tələbələrə platformadakı quyular və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.
Proqramın şərtlərinə əsasən, idarənin mühəndisləri tərəfindən təcrübə keçən ikinci kurs tələbələri üçün “Neft Daşları” NQÇİ-də gedən dəniz qazma işləri, neft yataqlarının təyin olunması prosesindən neftin tam istehsal və ixrac olunmasınadək gedən əməliyyatlarla, həmçinin neftçıxarma texnikası və müasir hasilat texnologiyası ilə əyani tanışlıq təşkil edilib. Gənclərə “Neft Daşları” NQÇİ-də gedən əməliyyatlar haqqında ətraflı məlumat verilib.
BANM-ın üçüncü kurs tələbələri isə istehsalat təcrübələrini Azərbaycanın ən böyük platformalarından biri olan “Neft Daşları” NQÇİ-nin 1887 nömrəli neft və qazçıxarma üzrə stasionar dəniz özülündə keçirlər. Proqramın şərtlərinə əsasən hər bir ödənişli əsaslarla istehsalat təcrübəsi keçən tələbə ilə müvəqqəti əmək müqaviləsi bağlanır və o, mühəndis və yaxud operator vəzifəsinə işə qəbul olunur. Təcrübənin yekununda tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əməkhaqqı ödənilir. Beləliklə, “Neft Daşları” NQÇİ-də təcrübə keçən tələbə işçi kimi fəaliyyət göstərərək artıq 1-2 ay müddətində staj qazanmış mütəxəssisə çevrilir. Beləliklə, tələbələr mədəndəki quyulara nəzarət edərək təyin olunduqları mühəndis və operator vəzifələrini təcrübəli işçilərin rəhbərliyi altında icra etməyə çalışırlar.
Qeyd edək ki, təcrübə müddətində BANM-ın tələbələri “Neft Daşları” NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar. Tələbələr iş vaxtından sonra və istirahət günləri asudə vaxtlarını voleybol, futbol meydançalarında, qapalı idman zallarında, stolüstü tennis, bilyard və digər oyunlar oynamaqla keçirirlər. Beləliklə, BANM tələbələri təcrübə proqramı çərçivəsində praktik biliklər qazanmaqla yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin öz tələbələri üçün yaratdığı təcrübə imkanları onların nəzəri biliklərinin möhkəmləndirilməsinə dəstək olur və gələcəyin yüksək ixtisaslı, təcrübəli və dünya əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmələrinə şərait yaradır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

