Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindən qayıdıblar
20.08.2015 [09:50]
Məhəmməd Vəliyev: Əsgərlərimizdə yüksək döyüş ruhu var
Bu gün Azərbaycan Milli Ordusunun bütün şəxsi heyətində vətənpərvərlik hissi, əsgərlərimizdə döyüş ruhu çox yüksəkdir. Cəbhəboyu yaşayış məntəqələrində ordu ilə xalqın monolit birliyi var ki, bu da çox sevindirici bir haldır. Bu fikirlər bir neçə gün bundan əvvəl cəbhə bölgələrinə yollanan Əfqanıstan müharibəsi veteranlarının bir qrupunun ötən gün keçirdikləri mətbuat konfransında səsləndirilib. Tədbirdə KİV nümayəndələri ilə səfər təəssüratlarını bölüşən “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev qeyd edib ki, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də, yerli əhali ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib və əllərinə silah alaraq Vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar.
M.Vəliyev daha sonra bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib: “Görüşlərdə bir daha əmin olduq ki, hazırda milli ordumuzun əsgərlərində yüksək döyüş ruhu var. Onlar məqam gözləyirlər ki, səngərlərdən çıxsınlar”.
M.Vəliyev daha sonra qeyd edib ki, onlar üçün bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib: “İlk növbədə, milli ordumuzun qüdrətlənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin necə yüksəldiyinin şahidi olduq. Eyni zamanda, cəbhəboyu yaşayış məntəqələrindəki sakinlərimizin, həqiqətən də, milli ordumuza güvənməsinin bir daha şahidi olduq. Xalqımız ordumuza inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur”.
Tədbirdə çıxış edən Qarabağ müharibəsinin iştirakçısı, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov isə qeyd edib ki, artıq Azərbaycan Ordusunun qüdrəti erməniləri qorxuya salıb: “Qətiyyətlə demək olar ki, erməni hərbçiləri döyüşmək istəmirlər. Açıq şəkildə bildirirlər ki, “atəş açmayın, bizə Qarabağ lazım deyil”.
Digər səfər iştirakçısı - “İgidliyə görə” medalı ilə təltif olunan Məhiyyəddin Rüstəmov isə bildirib ki, hazırda Azərbaycanın mütəşəkkil ordusu var.
Çıxışlarda, həmçinin, vurğulanıb ki, milli ordumuzun əsgərləri kimi Əfqanıstan müharibəsi veteranları da işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə atılmaq, Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusundadırlar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

